Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Turizm şirkətləri uçuş şərtlərini açıqladı- Baqajlar üçün 50 manat…

Turizm şirkətləri uçuş şərtlərini açıqladı- Baqajlar üçün 50 manat…

Turizm şirkətləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) loukost reysləri çərçivəsində Türkiyə istiqaməti üzrə uçuşların şərtlərini açıqlayıb.

 Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, uçuşlar avqustun 7-dən oktyabrın 23-dək hər həftənin I, III və V günləri həyata keçiriləcək.

Bununla belə, uçuşlarda sadəcə 5 kiloqram həcmində əl baqajlarına icazə verilir. Əlavə 23 kiloqramadək qədər olan baqajlar üçün Bakı-Antalya istiqaməti üzrə 50 manat, Antalya-Bakı istiqaməti üzrə isə 50 dollar ödəmək lazım olacaq.

Bundan başqa, bu siniflər üzrə “miles” ballar hesaba əlavə olunmur. Yerlər məhdud saydadır. Maksimal qalma müddəti 1 aydır. Biletin qiyməti günün valyuta məzənnəsinə əsasən hesablanıb və məzənnə fərqinə görə biletin qiyməti dəyişə bilər.

Bu istiqamət üzrə aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

Qeyd edək ki, Bakı-Antalya-Bakı reysi üzrə aviabiletin qiyməti 248-258 manat arasında dəyişir.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın