Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / Tural Gəncəliyev:”Erməni icmasından bizim çağırışlara reaksiya gəlmir”

Tural Gəncəliyev:”Erməni icmasından bizim çağırışlara reaksiya gəlmir”

“Biz vasitəçilərlə Dağlıq Qarabağdakı erməni icmasına sülh şəraitində birgə yaşaya biləcəyimizə dair çağırış etmişik və əminik ki, erməni icmasının bizim çağırışlardan və müraciətlərdən xəbərləri var”.

Bu sözləri ONA-ya açıqlamasında “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib. O bildirib ki, müraciətlər beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycandakı səfirləri vasitəsilə çatdırılıb: “Beynəlxalq təşkilatların nümayəndələri də bizə bildiriblər ki, erməni icması bizim icmanın fəaliyyətindən xəbərdardır. Təəssüf ki, hansısa bir reaksiya gəlmir”.

Tural Gəncəliyev bildirib ki, müraciətlər həm yazılı şəkildə olub, həm də şifahi şəkildə vasitəçilərə bildirilib: “Bilavasitə erməni icmasına məktub və ya hər hansı rəsmi müraciət ünvanlamamışıq. Çünki bu, fiziki cəhətdən mümkün deyil”.WhatsAppFacebookFacebook MessengerTwitterShare

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …