Şənbə , Dekabr 4 2021
Ana səhifə / Siyasət / Tural Abbaslı: “Görüntüdəki xanım nişanlımdır”

Tural Abbaslı: “Görüntüdəki xanım nişanlımdır”

“Videodakı xanım nişanlımdır. Əlbəttə ki, orada heç bir müalicə proseduru aparmıram. Mən ixtisasca jurnalistəm və siyasi xadim kimi fəaliyyət göstərirəm. Yəni, həkim deyiləm. Videonu mənim dostum – stomatoloq çəkərək paylaşıb. Qeyri-adi video olduğunu hesab etmirəm, amma tənqid edənləri də normal qarşılayıram. Onu da bilirəm ki, videonu xaricdə hansısa partiya sədri paylaşmış olsaydı, səmimiyyət göstəricisi kimi qəbul ediləcəkdi. Bizdə isə eyni şeyi qeyri-ciddi davranış adlandırılar”.

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı sosial şəbəkələrdə müzakirələrə səbəb olan, özünün də yer aldığı video görüntü barədə danışarkən deyib.

Partiya sədri bildirib ki, siyasətçilər də insandır, onların duyğuları, hissləri, sevinc və qorxuları var: “Yəni, siyasi xadimlərdən fövqəl-bəşər bir obraz gözləmək lazım deyil. Misal üçün, hansısa ölkənin baş naziri velosipedlə gəzsə, onu təvazökar məmur adlandıracaqlar, lakin bizdə eyni hal baş versə, başqa cür ad verəcəklər. Yadımdadır, namaz qılarkən çəkilən video paylaşılanda da çoxlu tənqidlər yazırdılar. İstənilən halda, bu fikirlərimin tənqid kimi anlaşılmasını istəmirəm. Məni tənqid edənləri tənqid etmirəm, çünki başa düşürəm ki, hər kəsin özünəməxsus fikri var. Belə hallar normaldır, qeyri-adi heç nə yoxdur. Necə deyərlər, gülünə dözən, tikanına da dözməlidir”.

https://youtube.com/watch?v=-mn4fsaE96U

Həmçinin oxuyun

Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa …