Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “TRT 1” Bakı və Abşeron yarımadasında hansı şərtlə yayımlanacaq? – Açıqlama

“TRT 1” Bakı və Abşeron yarımadasında hansı şərtlə yayımlanacaq? – Açıqlama

“Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün müqavilə bağlanmalıdır. Müqavilə bağlanacaqsa, telekanalın yayımı bərpa olunacaq, müqavilə bağlanmayacaqsa, bərpa edilməyəcək”.
Bunu APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (İB) texniki direktoru Mikayıl Abbasov deyib.
O bildirib ki, Türkiyə tərəfi müqavilə bağlamasa, TRT 1-in yayımı bərpa edilə bilməz: “Məsələ ilə bağlı qarşı tərəfi məlumatlandırmışıq. Ankaradan cavab gözləyirlər. Ankaradan cavab alan kimi məsələyə münasibət bildirəcəklər. TRT 1-in açıq yayımda bərpasının konkret hansı tarixdə baş tutacağı ilə bağlı dəqiq söz deməkdə çətinlik çəkirəm. Bu, danışıqlardan, ən əsası qarşı tərəfdən asılıdır”.
M. Abbasov qeyd edib ki, Azərbaycanın yerli kanallarının da yayımı müqavilə əsasında həyata keçirilir:”Əgər ortada hüquqi sənəd, müqavilə yoxdursa, biz TRT 1-in yayımını necə bərpa edə bilərik? Bu, mümkün deyil. Tamaşaçılar TRT 1-i yalnız peyk və kabel şəbəkəsi yayımçıları vasitəsilə izləyə bilərlər”.
Qeyd edək ki, TRT 1 telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə dünəndən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.
Xatırladaq ki, TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın