Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / “Trampın Qolan təpələri ilə bağlı son məntiqsiz qərarından sonra dünyadan hər şey gözləmək olar…Ehtiyatlı olmalıyıq…”

“Trampın Qolan təpələri ilə bağlı son məntiqsiz qərarından sonra dünyadan hər şey gözləmək olar…Ehtiyatlı olmalıyıq…”

Xəbər verildiyi kimi, bu gün Avstriya paytaxtında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan  baş naziri Nikol Paşinyanla növbəti görüşü gözlənilir. Amma elə Qarabağla bağlı danışıqlar ərəfəsində işğalçı hökumət başçısının lideri olduğu “Mənim addımım” alyansının parlament fraksiyasının 30 üzvünün Azərbaycanın dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza yollanması təcavüzkar Ermənistanın iç üzünü bir daha ortalığa qoyur.

Moderator.az əməkdaşının məsələ ilə bağlı sual etdiyimiz Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov Paşinyanın məhz Vyanada Azərbaycan dövlət başçısı ilə görüşü günündə  belə bir addımını “açıq təxribat” və “riyakarlıq” adlandırıb.
“Bilirsiz, bizim hakimiyyət dövründə də ermənilərlə dəfələrlər danışıqlar aparmışıq və onların iç üzünə yaxşı bələdik…Bununla Paşinyan, sözsüz ki, bir daha Azərbaycanın ərazi bütövlüyünü tanımadığını və danışıqlara hörmətsizliyini və öz riyakar iç üzünü nümayiş etdirir. Bu, eyni zamanda Dağlıq Qarabağdakı separatçı rejimin birbaşa danışıqlar masasında əyləşdirilməsi ilə bağlı cəhdinə bir daha işarə vurur. Və təbii ki, işğalçı ölkənin belə riyakar mövqeyi bu danışıqların da nəticəsini kölgə altına salır. O da göz önündədir ki, ATƏT-in Minsk qrupunun üzvləri də Ermənistanın bu cür addımlarına heç bir reaksiya vermir ”- sabiq dövlət başçısı belə deyib.
“Danışıqlardan konkret bir nəticə gözləmək olarmı” sualına cavabında eks-prezident o qədər də nikbin olmadığını ifadə edib:
“Prezidentimizə danışıqlarda uğurlar diləyirəm. Hər halda münaqişənin sülh yoluyla həll olunması istiqamətində müsbət təşəbbüsdür. Amma regionda və ümumiyyətlə, dünyada vəziyyət o dərəcədə ziddiyyətlidir ki, hər an Qarabağ probleminin nizamlanmasına müdaxilə edən siyasi güclərdən hər şey gözləmək olar. ABŞ prezidenti D.Trampın Suriyanın Qolan təpələri ilə bağlı son ağlagəlməz və məntiqsiz qərarından sonra Azərbaycan da hər addımda ehtiyatlı olmalıdır…”

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …