Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / “Trampın bunu etməsinə ehtiyac yox idi…” – Novruz Məmmədov

“Trampın bunu etməsinə ehtiyac yox idi…” – Novruz Məmmədov

“Biz hesab edirik ki, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına ehtiyac yox idi”.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – Novruz Məmmədov deyib.

O bildirib ki, Azərbaycan tərəfi də Qüds məsələsi ilə bağlı XİN səviyyəsində bəyanat verib və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən növbədənkənar sammitində Azərbaycan prezidenti bu barədə öz mövqeyini bildirib:

“Bu addım dünyada dövlətlərarası beynəlxalq münasibətlərə töhfə vermir, bu münasibətlərin daha da gərginləşdirir. Biz İslam ölkələri ilə, İƏT ölkələri ilə bir yerdəyik. Hesab edirik ki, Qüds məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …