Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Tramp ABŞ-ın səhiyyə nazirini istefaya göndərdi

Tramp ABŞ-ın səhiyyə nazirini istefaya göndərdi

ABŞ prezidenti Donald Tramp ölkənin səhiyyə və sosial xidmət naziri Tomas Praysı istefaya göndərib.

Bu barədə Ağ ev rəsmi məlumat yayıb. Bildirilib ki, nazir Tomas Prays istefa ərizəsi yazıb və prezident onu qəbul edib. Nazirin səlahiyyətlərini onun müavini Don Rayt icra edəcək.

Sabiq nazir barəsində büdcə vəsaitləri hesabına özəl çarter aviareyslərindən istifadə etmək barədə araşdırma aparılır. Prays israfçılığa yol verdiyini etiraf edib və xərclənən pulları geri qaytaracağına söz verib.

Qeyd edək ki, xidməti uçuşlar üçün çarter reyslərinə 300 min dollar xərclənib.

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …