Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Siyasət / Tolik ANS-in bağlanmasına sevindi: “İşçiləri min hoqqadan çıxırdı”

Tolik ANS-in bağlanmasına sevindi: “İşçiləri min hoqqadan çıxırdı”

ANS telekanalının bağlanması məşhurlar tərəfindən olduqca çox müzakirə edilib.
Prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkədə telekanalın bağlanması məsələsinə münasibət bildirib.
Tolikin fikirlərini təqdim edirik:
“Mənim ANS-lə heç bir şəxsi qərəzliyim yoxdur. Natavan Həbibi ilə davam zamanı orada vəzifədə olan bəziləri demişdi ki, əlimdə sübutum var. Amma sonra yoxa çıxdılar. ANS məndən çox güclü və hörmətli bir kanaldır. Onda niyə şəhidimizin problemini vaxtında efirə çıxartmırdı? Görməməyi mümkün deyil.
Mən əsgər forması geyindim, ANS on dəfə efirdə dedi ki, Tolik kimilər… Halbuki, öz işçiləri arasında məndən yüz, min qat artıq oyundan çıxanlar var. Niyə xəstəxanada kimsəsiz qalan hansısa xəstəni yox, Pensilvaniyadakı qoca adamı çəkmək yadlarına düşürdü? Bu, mənim mövqeyimdir, kimin xoşuna gəlmirsə, səhifəmdən getsin. Vaxtında o qədər müğənnini ağladıblar ki, Allah göydən görür. Bəzi müğənnilər nəsə deməkdən qorxar, amma mən qorxmuram.
Şükür Allahıma, ölkəmə, dövlətimə sadiq vətəndaşam. Bəzi məşhurlar onları efirə çağırırlar deyə yaltaqlıq etməsinlər. Buradan o kanala deyirəm ki, nə məni, nə də mənim çalışdığım müğənniləri efirə çağırmayın, ehtiyacımız yoxdur”.(big.az)

Həmçinin oxuyun

Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovu Türkiyədə aldadaraq külli miqdarda …

Bir cavab yazın