Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Tofiq Yaqublunun səhhətində yaranan problemlər davam edir

Tofiq Yaqublunun səhhətində yaranan problemlər davam edir

Müsavat partiyası başqanının müavini, siyasi məhbus Tofiq Yaqublunun səhhətində olan problemlər davam edir. Musavat.com xəbər verir ki, bu barədə onun qızı Nigar Yaqublu sosial şəbəkədə yazdığı statusla məlumat verib.

N.Yaqublu yazır: “Bu gün ata ilə görüşdüm. Səhhətindəki problemlər hələ də öz ciddiyyətini qoruyur. Mütəmadi ağrıları və qanaxmaları olur. Ümid edirəm ki, tez bir zamanda bu hallar aradan qalxar. Həbsxana həkimləri diqqət və qayğı göstərirlər. Buna görə də onlara təşəkkür edirəm”.

Nigar Yaqublunun sözlərinə görə, o, bu gün doğum gününü həbsdə qeyd edən İlkin Rüstəmzadə ilə də görüşüb: “Görüş zamanı İlkini də gördük. Hər kəsə salamı var. Əhvalı çox yüksək idi. Şirniyyat sevdiyi üçün “Rafaello” aparmışdım ki, ata vasitəsi ilə ona göndərim. Şans elə gətirdi ki, özünü gördüm.

Görüş zamanı anladım ki, atamın “Əfvin məhvi” yazısındakı İlkinlə bağlı nüanslar hələ də qüvvədədir. Diləyim onun tez bir zamanda azadlığa çıxmasıdır. Bəlkə digər siyasi məhbusların “cəza”ları yüngülləşər”.

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …

Bir cavab yazın