Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Siyasət / Tofiq Yaqublunun atası dünyasını dəyişdi – FOTO

Tofiq Yaqublunun atası dünyasını dəyişdi – FOTO

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun atası Rəşid Yaqublu dünyasını dəyişib.
B
u barədə onun qızı Nigar Həzi məlumat verib.
“Bu gecə babamı itirdik.
Ailəmiz üçün çox kədərli bir gündür. Babam dəfn olunmaq üçün öz doğma kəndi – İncəoğluna gətiriləcək. Quru yollar bağlı olduğu üçün qohumlarımız məcburən təyyarə ilə gəlməli olacaqlar Gürcüstana. Nənəm vəfat edəndə ataya ölkədən çıxışa icazə vermədilər. Bu dəfə babamı son mənzilə yola salmaq bir övlad kimi atanın borcudur.
Ümid edirəm hakimiyyət bu dəfə ləyaqət göstərib Tofiq Yaqublunun cənazəni müşaiət edərək quru yolla ölkədən çıxışına icazə verəcək”, – deyə N. Həzi bildirib.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …