Ana səhifə / Siyasət / Tofiq Yaqublu qızının məzarını ziyarət etdi — FOTO

Tofiq Yaqublu qızının məzarını ziyarət etdi — FOTO

Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu xəstəxanadan çıxdıqdan sonra mərhum qızı Nərgizin məzarını ziyarət edib.


Musavat.com xəbər verir ki, Tofiq Yaqublu ailə üzvləri ilə birlikdə Nərgiz Yaqublunun məzarını ziyarətə gedib.


Qeyd edək ki, T.Yaqublu bir neçə saat əvvəl ev dustaqlığına buraxılıb.


Bakı Apellyasiya Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib.


Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.


İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.


17 gündür aclıq aksiyasını davam etdirən Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülmüşdü.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …