Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Tofiq Hacıyev ərizəsini geri götürməyib” – RƏSMİ AÇIQLAMA

“Tofiq Hacıyev ərizəsini geri götürməyib” – RƏSMİ AÇIQLAMA

“Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev işdən azad olunması ilə bağlı ərizəni Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadəyə təqdim edib. Amma bu o demək deyil ki, o, hazırda oranın direktoru deyil. Çünki AMEA-nın nizamnaməsində də yazılıb ki, hər hansı bir elmi müəssisə və təşkilatın rəhbəri yalnız akademiyanın Rəyasət Heyətinin qərarından sonra işdən azad edilə bilər. Tofiq müəllimin də ərizəsi alınıb və hazırda Akif müəllimin stolunun üstündədir”.

Bunu Modern.az saytına AMEA-nın Rəyasət Heyətinin mətbuat xidmətinin rəhbəri Baba Əliyev akademik Tofiq Hacıyevin istefa ərizəsinin geri götürməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə,  akademikin istefa ərizəsini geri götürməsi ilə bağlı yazılanlar rəsmi şəkildə təkzib edilir. Çünki artıq prezidentə təqdim edilən ərizə yalnız Rəyasət Heyətinin sentyabrda olacaq ilk iclasında müzakirə ediləcək. Akademikin vəzifəsində qalıb-qalmayacağı da yalnız o zaman bilinəcək:

“Tofiq müəllim ərizəsini geri götürməyib. Məsələ belədir, onunla bağlı hamımız Rəyasət Heyətinin qərarını gözləyirik. Tofiq müəllimin işdə qalması və işdən azad olunması ilə bağlı qərarı yalnız Rəyasət Heyəti verəcək. Sentyabr ayında Rəyasət Heyətinin ilk iclası olacaq. Tofiq Hacıyevin vəzifəsində qalıb-qalmaması yalnız o iclasda verilən qərardan asılı olacaq”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın