Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Siyasət / Tiflisin Azərbaycana ərazi “davası”: Nə baş verir?

Tiflisin Azərbaycana ərazi “davası”: Nə baş verir?

Gürcüstan Prezidenti Salome Zurabişvili odla oynayır. Diplomat soyuqqanlı olmalıdır. Xanım Zurabişvili Fransada doğulub, diplomat olub, ölkəsinin Gürcüstandakı səfiri olub.
Bu sözləri politoloq Elxan Şahinoğlu Gürcüstan Prezidenti Zurabişvilinin Azərbaycanla sərhədə gəlməsi və burada Azərbaycanla sərhəd xəttinin müəyyənləşməsi istiqamətində işlərin sürətləndirilməsi vacibliyini dilə gətirməsindən sonra Gürcüstanda millətçilərin azərbaycanlılara qarşı aşırı reaksiyalarına münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.
“Azərbaycanın Gürcüstandakı böyük yatırımları, boru xətləri, Dövlət Neft Şirkətinin layihələri, satdığı ucuz qaz qonşu ölkəyə ayaqda qalmağa imkan verir. Biz elə bilirdik ki, Tiflis bunu anlayır. Ancaq gürcülərin ermənilər kimi bizə qarşı ərazi iddiası var. Nə etməliyik? Güzəştə gedə bilmərik. Ancaq Gürcüstanla münasibətlərin gərginləşməsinə də yol vermək olmaz. Danışıqlar davam etməlidir. Sadəcə, Zurabişvilinin tərsliyi tutub, elə bu saat Azərbaycanla sərhəddin “müəyyənləşməmiş” 34 fazinin həll olunmasını istəyir. Hakimiyyətə kənardan nəzarət edən Bidzina İvanişvilinin xəttinə oxşayır. Zurabişvilinin və onun arxasındakı güclərin Azərbaycana qarşı inadkarlıqları Gürcüstandakı millətçiləri də ayağa qaldırıb və onlar bizim haqqımızda aşağılayıcı ifadələr işlətməyə başlayıblar. Tiflis yaxın günlərdə bu prosesi dayandırmasa, nəticələri iki ölkə arasındakı münasibətlər üçün yaxşı olmayacaq. Xarici işlər nazirlərinin görüşünə və birgə komissiyanın toplanmasına ehtiyac var. Əks halda ermənilər gürcülərlə azərbaycanlılar arasında qovğanın genişlənməsində maraqlı olacaq, dezinformasiya şəbəkəsini işə salacaqlar, əgər başlamayıblarsa…”
Qeyd edək ki, Gürcüstanda Keşikçidağ monastr kompleksinin Azərbaycan ərazisinə aid olmasından narahatlığını vaxtaşırı büruzə verir.(axar.az)

Həmçinin oxuyun

Elmira Axundova ilə bağlı AÇIQLAMA

Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif …