Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Siyasət / Tiflisdə mitinq başladı: Həbslərin sayı artdı

Tiflisdə mitinq başladı: Həbslərin sayı artdı

Gürcü müxalifəti bu gün Tiflisin Rustaveli prospektindəki parlament binası qarşısında etiraz aksiyası keçirəcək.

Axar.az xəbər verir ki, aksiya yerli vaxtla saat 15:00-da başlayacaq.

Gürcüstan Daxili İşlər Nazirliyi artıq aksiya ilə bağlı bəyanat yayıb. Bəyanatda polisin hüquqi nizamı qoruyacağı deyilib. DİN həmçinin etirazçıları polisin tələblərinə cavab verməyə səsləyib. Aksiya zamanı istənilən qanun pozuntusunun dərhal aradan qaldırılacağı vurğulanıb.

Qeyd edək ki, gürcü müxalifəti prezident seçkisinin nəticəsini tanımaqdan imtina edib. Müxalifətin mənəvi lideri sayılan Mixail Saakaşvili Gürcüstanın artıq prezidenti olmadığını deyib və əhalini dinc itaətsizliyə çağırıb, hökuməti təcili növbədənkənar parlament seçkisinə məcbur etməyə səsləyib.

***

Gürcüstan polisi 5 ukraynalını həbs edib.

Bu məlumatı Gürcüstan mətbuatı yayıb. Yaxalananlar arasında Donbasda savaşan Luki Çxetiya adlı əslən gürcü də olub. Onun üzərində odlu silah aşkar edilib.

Ukrayna vətəndaşlarının “Alyans” otelində xüsusi əməliyyatla ələ keçirildiyi bildirilib. Onların Tiflisdəki aksiyalarda iştirak etmək üçün Gürcüstana gəldikləri vurğulanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi hələlik məsələni şərh etmir. Yaxalanan gürcünün yaxınları isə DİN-i provokasiyalarda ittiham edir.

***

Gürcüstanda müxalifətin genişmiqyaslı etiraz aksiyası start götürüb.

Aksiyanın başlanması ilə Rustaveli prospektində hərəkət dayanıb. Etirazçılar təcili növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir. Aksiyaya müxalifətdəki bir sıra partiyaların liderləri də qatılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə “Alyans” otelində həbs edilənlərlə bağlı açıqlama yayıb. Nazir həbs edilənlərin sayının yeddi nəfər olduğunu bildirib. Onların qanunsuz silah əldə etmək və saxlamaqda ittiham edildiyi vurğulanıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Marneulinin keçmiş azərbaycanlı icra başçısının məhkəməsi davam edir

Gürcüstanın Rustavi şəhər Məhkəməsində Marneuli rayonunun keçmiş icra başçısı Temur Abazovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. …