Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Tezliklə Ter-Petrosyan, Köçəryan, ya da Serj Sərkisyan Kremlə yalvarmağa gedəcək…

Tezliklə Ter-Petrosyan, Köçəryan, ya da Serj Sərkisyan Kremlə yalvarmağa gedəcək…

“Ermənistan və “Artsax”ın keçmiş rəhbərlərinin 21 oktyabr Yerevanda keçirilmiş görüşünə hazırlıq zamanı yeni detallar öyrəndik”.
Moderator.az xəbər verir ki, bunu  işğalçı ölkənin “Johovurd” qəzeti yazır.
Rəsmi açıqlamaya görə, Qarabağ və Ermənistandakı mövcud narahat vəziyyətlə əlaqədar olaraq Ermənistan Respublikasının keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və qondarma separatçı-terrorçu rejimin keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyanın iştirakı ilə müzakirə təşkil edilib. Bundan əvvəl isə  qondarma qurumun keçmiş başçıları Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər. 
Erməni  qəzetinin yazdığına görə, beş keçmiş rəhbərinin tarixi görüşünü Ermənistanın hər üç prezidenti ilə yaxşı münasibətlərini qoruya bilmiş nadir şəxslərdən biri olan Bako Saakyan təşkil edib. 
“Üstəlik, əldə etdiyimiz məlumata görə, o zaman hazırkı “Artsax” “prezidenti” Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə müraciət etmə variantı müzakirə edilib və bu da bütün keçmiş liderlər üçün məqbul idi. Rusiyaya üz tutmağın vaxtı gəlib. Görüşün kifayət qədər konstruktiv bir şəraitdə keçdiyini və prezidentlərdən birinin tezliklə Moskvaya yola düşəcəyini də öyrəndik” -deyə “Johovurd”  yazır.

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …