Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Ter-Petrosyan Rusiya səfiri ilə 2 saat Ermənistandakı siyasi böhrandan danışdı…

Ter-Petrosyan Rusiya səfiri ilə 2 saat Ermənistandakı siyasi böhrandan danışdı…

Ermənistanın birinci prezidenti, Ermənistan Milli Konqresi partiyasının lideri Levon Ter-Petrosyan bu gün- noyabrın 12-də  Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkinlə  görüşüb.  
Moderator.az xəbər verir ki, Azadlıq radiosu erməni redaksiyasının Ter-Petrosyanın mətbuat katibi Arman Musinyana  istinadla yaydığı məlumata görə, 2 saat davam edən görüşdə  tərəflər və Ermənistandakı daxili siyasi böhrandan çıxış yolları barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Ermənistanın ilk prezidenti  bundan öncə 44 günlük savaşın başlamasından bir müddət əvvəl – sentyabrın 9-da görüşüb. Ter-Petrosyan işğalçı ölkənin strateji müttəfiqi olan Rusiyanın rolunu dərk edərək səfirlə görüşü zamanı çoxsaylı “fakt”lara istinadla mövcud hökumətlə heç bir əlaqəsi olmamasında israr edib. Ter-Petrosyan  səfiri əmin etməyə çalışıb ki, təcrübəli bir dövlət xadimi kimi Rusiya ilə müttəfiq münasibətlərini korlayan  Paşinyan iqtidarıyla hər hansı əlaqələr qurmaqda maraqlı ola bilməz…

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …