Ana səhifə / Siyasət / “Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik Qarabağı…” – AÇIQLAMA

“Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik Qarabağı…” – AÇIQLAMA

“Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik, Qarabağı əlimizdə saxlaya bilək?”

Teleqraf.com xəbər verir ki, bunu “Hraparak” qəzetinə müsahibəsində Ermənistan parlamentinin keçmiş deputatı Hrant Xaçaturyan deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın sülh proqramında “Qarabağdakı separatçıların müstəqilliyinin tanınması” məsələsinin yer almadığını bildirib.

Xaçaturyan Paşinyanın separatçılara nəzəri olaraq, Qarabağ ermənilərinə Azərbaycanın suverenliyi çərçivəsində mədəni muxtariyyətin verilə biləcəyinə ümid bəslədiyinə də diqqət çəkib.

Sabiq deputat Qarabağ məsələsinə yanaşmada Ter-Petrosyan və Paşinyanın mövqelərinin üst-üstə düşdüyünü söyləyib:

“Burada iki variant mümkündür: ya Ter-Petrosyan Nikol Paşinyanın mətnlərini yazır, ya da Nikol Paşinyan Ter-Petrosyanın. O da mümkündür ki, onlar üçün bu mətnləri üçüncü şəxs yazır. Çünki baxışları məzmunca eynidir”.

Xaçaturyan Levon Ter-Petrosyanın Ermənistanın Qarabağı işğalda saxlaya bilməyəcəyini hələ prezident olarkən dediyini və indi də bu fikirdə olduğunu bildirib:

“Ter-Petrosyan qapalı iclaslar keçirəndə deyirdi ki, biz kimik, Qarabağı saxlaya bilək? İndi eyni şeyi Paşinyan deyir”.

Sabiq deputat müxalifətin birləşərək, Nikol Paşinyanı devirə biləcəyinə inanmadığını da deyib:

“Düzünü desəm, müxtəlif sosial təbəqələrin əhval-ruhiyyəsini öyrənirəm. Mən o ifadələri başa düşmürəm. “Birləşirlər” nə deməkdir? “Birləşirlər” deyəndə nəyi nəzərdə tuturlar? Bu ifadə məndə “bir yataqda yatacaqlar?” sualını yaradır. Bu, sadəcə diqqəti yayındırmaqdır. Təbii ki, bu baş versəydi, möcüzə olardı, amma əslində diqqəti yayındırmağa xidmət edir. Ümumiyyətlə, erməni xalqı başqalarına arxalanmaq fikrindən qurtulmalıdır”.

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …