Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / “Tarif Şurası üzünü bu tərəfə də çevirsin!” – Siyavuş Novruzov

“Tarif Şurası üzünü bu tərəfə də çevirsin!” – Siyavuş Novruzov

“Tarif Şurası hər şeyə baxır. Arada bir üzünü bu tərəfə də çevirsin, bura da baxsın. Parklanma yerləri ilə bağlı vahid qiymət müəyyənləşdirsin”.

Qafqazinfo” xəbər verir ki, bunu YAP-çı millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında paytaxtdakı parklanma problemi ilə bağlı danışarkən deyib.

Millət vəkili deyib ki, parklanma yerlərinə elə qiymət qoyublar ki, orada siçanlar oynayır: “Maşın adında heç bir şey yoxdur. Bəs nədən ötrü tikilib istifadəyə verilib? Hər saatına da 1 manat pul qoyublar. Bir şəxs idarədə işləyirsə, gəlib orada avtomobilini saxlayırsa, hər həftə ərzində beş günlük iş həftəsidirsə, hər həftəyə 40 manat pul ödəməlidir. Ay ərzində 200 manat edir. Bir vətəndaş bir avtomobilinə aldığı əməkhaqqının 30-40 faizini ödəməlidir. Buna görə də heç kim orada maşın saxlamır. Məcbur olur ki, qadağan olunmuş yerlərdə saxlasın. 1-2 manatla gün ərzində başını ötüşdürsün.

Digər tərəfdən hökumətin tikdiyi, təhvil verdiyi yer boş-boşuna qalır. Ona görə də qiymətlərə baxmaq lazımdır. Kim hansı qiyməti istəyirsə, onu müəyyənləşdirir. Bir ticarət obyektinin gəlirləri yaxşıdırsa, müştəriləri çoxdusa, saatı 2 manata edir. Başqa biri başqa qiymət müəyyənləşdirir. O baxımdan yeraltı parklanma yerlərinin istifadəsi zamanı oradan dövlətə gələn rüsum qeydiyyatdan keçməlidir. Ödədiyi vəsait də avtomatik müəyyənləşdirilir və dövlətə vergi verilir. Ona görə də kim qoltuğuna bir parkomat vurursa, hara istəyir, qoyur. Nə hesabatı var, nə də başqa şeyi. Kim hardan istəyir, ordan da pul götürür. Dövlətə də xeyri yoxdur. Tıxac yaradır, vətəndaşlara problem yaradır. Elə qiymət müəyyənləşdirilsin ki, vətəndaşlar gəlib orada maşın saxlasınlar”.

Spiker Oqtay Əsədov millət vəkilinə belə reaksiya verib: “Xarici ölkələrdə ticarət mərkəzlərində parkomat yerlərinin çoxu pulsuzdur, bəzilərində pulludur. Parklanma yerləri tikilib, ağzına gələn qiyməti qoyub, o yerlər də boş qalır. Bu məsələ mənə də aydın deyil. Bununla bir daha maraqlanarıq. Dövlət təşkilatlarıdırsa, bununla bağlı müraciət hazırlayarıq”.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …

Bir cavab yazın