Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

İtaliyada parlament seçkilərində qələbə qazanmış avroskeptik, populist və anti-miqrasiya siyasətinə qarşı çıxan partiyalar – “Beş ulduz hərəkatı” və “Şimal liqası” bu gün ölkə prezidenti Serdco Mattarelleyə baş nazir vəzifəsinə namizəd təqdim ediblər.
“The Local” agentliyi xəbər verir ki, koalision hökumətin yeni başçısı kimi İtaliya siyasi arenasında çox az tanınan, 54 yaşlı vəkil və hüquq professoru Cuzeppe Kontenin namizədliyi irəli sürülüb.

Əvvəllər solçu olan Konte, sonradan “XXI əsrdə solçu ideologiya artıq aktual deyil” söyləyərək, sol meylli siyasi kursdan imtina edib.

“The Local” nəşri bildirir ki, seçkiqabağı kampaniyalarda və koalision hökumətin formalaşdırılmasına dair 2 aydır sürən danışıqlarda onun adı heç vaxt hallanmayıb. Buna baxmayaraq, “Beş ulduz hərəkatı”nın lideri Luici Di Mayonun Kontenin namizədliyini məhz İtaliyadakı bürokratiyaya son qoymaq üçün irəli sürdüyü deyilir. Və az məşhurluğuna rəğmən “Beş ulduz hərəkatı”nın rəhbəri Kontenin texniki fiqur yox, siyasətçi olduğunu vurğulayıb.

Mayın əvvəllərində parlamentdə qələbə qazanan partiyaların liderlərinin koalision hökumətin proqramına dair razılığa gəldikləri bildirilmişdi. Razılaşmanın bəndlərinə korrupsiyaya qarşı mübarizə, əmək bazarında islahatlar, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının özəlləşdirilməsinə yol verilməməsi, pensiya islahatlarına dair bundan əvvəl qəbul olunan qərarların ləğvi daxildir.

Qeyd edək ki, “Şimal liqası” və “Beş ulduz” partiyaları Avropanı Azərbaycan qazı ilə təchiz edəcək TAP boru kəmərinin İtaliya hissəsinin çəkilməsinə qarşı keçirilən “No TAP” aksiyalarının təbliğatçılarıdır. (AzVision.az )

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …