Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Tanınmış ziyalılar Mehman Əliyevə görə İlham Əliyevə müraciət etdilər

Tanınmış ziyalılar Mehman Əliyevə görə İlham Əliyevə müraciət etdilər

Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələrindən ibarət qrup Azərbaycan Prezidentinə müraciət edərək “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə yardım göstərilməsini xahiş edib.

Virtualaz.org – un məlumatına görə, müraciətdə qeyd olunur ki, M.Əliyevin ölkə qarşısında böyük xidmətləri var, nüfuzlu jurnalist və media eksperti kimi dünyada yaxşı tanınır.

“Mehman Əliyev və onun rəhbərlik etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb. “Turan” agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadısının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz “Turan” agentliyi çatdırıb. Həmin faciə haqqında çəkilmiş “Sonsuz dəhlız” fılmındə “Turan”ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə olunub. Bu beynəlxalq layihə sayəsində dunyada yarım milyarddan çox insan Xocalı soyqırımı barədə məlumatlandırılıb”, – müraciətdə deyilir.

“Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil, çünkü ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib”, – sənəddə qeyd olunur.

Müraciət nüəllifləri ümid edirlər ki, Azərbaycan Prezidenti istintaqın obyektiv aparılmasına və Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə yardım göstərəcək.

Müraciəti Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıblar.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın