Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Tanınmış təhsil eksperti Misir Mərdanovun 70 yaşını hamıdan qabaq təbrik etdi

Tanınmış təhsil eksperti Misir Mərdanovun 70 yaşını hamıdan qabaq təbrik etdi

Əməkdar elm xadimi, fizika -riyaziyyat elmləri doktoru, professor Misir Cumayıl oğlu Mərdanovu
 
TƏBRİK
 
Çox hörmətli Misir müəllim!
Oktyabr ayının 2-si Sizin dünyaya bəxş olunduğunuz gündür. Bu ildə Siz ömür nərdivanının 70-ci pilləsinə qalxmış, 71-ci pillənin astanasında vüqarla dayanmısınız.
Sizi 70 illik yubileyiniz münasibətilə Azərbaycan Təhsil Şurasının İdarə Heyəti, elmi-pedoqoji ictimaiyyət, çoxsaylı müəllimlər ordusu, şəxsim adından böyük səmimiyyətlə təbrik edir, Sizə möhkəm gümrahlıq, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Əzizimiz Misir müəllim!
Siz alicənablığınız, xeyirxahlığınız, səmimiyyətinizlə, işgüzarlığınızla pedoqoji ictimaiyyətin sevimlisinə çevrilmisiniz.
1998-ci ildən ötən 15 il ərzində təhsil naziri olaraq dövlətin təhsil siyasətini, Ulu öndər Heydər Əliyev ideyalarının reallaşdırılması sahəsində xidmətlərinizlə müstəqil Azərbaycanın “Təhsil pəncərə”sini dünyaya açmış, təhsilimizi innovasiyalar və modern texnologiyalarla zənginləşdirmisiniz, ictimaiyyət arasında qurucu, islahatçı nazir kimi tanınmısınız.
Sizin nazir kabinetinizin qapısı hər zaman xidmətkar insanların üzünə açıq olmuş, təhsil ocaqlarında, məktəblərdə şagirdlərlə, müəllimlərlə, valideyinlərlə keçirdiyiniz hər görüş, veriyiniz peşəkarlıq məsləhətləri yeni ruh yüksəkliyi yaratmış, insanların uğurlu gələcəyə inamını artırmışdır.
Çox hörmətli Misir müəllim!
Sizin pedoqoq alimlərlə, təhsil xadimlərilə apardığınız müzakirələr, məsləhətləşmələr, dərin məzmunlu kollegiya iclasları perspektivin daha optimal müəyyənləşdirilməsinə stimul vermiş, əməkdaşlığı artırmış, səmimiyyəti yüksəltmişdir.
Dərin zəka, çevik düşüncə, əzmkarlıq, təhsli elminə bələdlik və sadiqlik nümunəsi göstərərək 1998-ci ildən başlanan təhsil islahatının 15 illik tarixini meydana qoymaqla, çoxcildli “Azərbaycan təhsil tarixi” monumental əsərini yazıb nəşr etdirməklə təhsil və pedoqoji fikir tarixini zənginləşdirmisiniz.
Mehriban Misir müəllim!
Xidmətləriniz o qədər şox, insani keyfiyyətləriniz o qədər diqqətçəkəndir ki, kiçik bir təbrikdə onları əhatə etmək mümkün deyildir. ANS tv-dəki debatda dediyim kimi, Siz qara saçlarla nazir kürsüsündə əyləşdiniz, kürsüdən ağarmış saçlarla getdiniz. O ağ saçlar Sizin təhsil yolunda çəkdiyiniz zəhmətin izidir.
İziniz, sözünüz həmişə var olsun!

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın