Ana səhifə / Siyasət / Tanınmış soydaşımız  deputatlığa namizəd oldu – Qırğızıstanda

Tanınmış soydaşımız  deputatlığa namizəd oldu – Qırğızıstanda

Soydaşımız Qırğızıstanda parlament seçkilərində iştirak edir.
Azinforum.az-a daxil olan informasiyaya görə, sözügedən şəxs Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti Nüsrət Məmmədovdur. Bir neçə Partiyadan təkliflər olmağına baxmayaraq Nüsrət Məmmədov namizədliyini Qırğızıstanın Azadlıq Partiyasından irəli sürüb.
Nüsrət Məmmədov Azinforum.az-a Qırğızıstandakı parlament seçkilərinin Azərbaycanda keçiriləcək parlament seçkiləri arasındakı fərqdən danışdı:

“Qırğızıstanda Parlament seçkiləri 4 oktyabr tarixinə təsadüf edir. Qırğızıstanın seçki qanunvericiliyinə görə partiyaların parlamentdə təmsil olunması üçün partiyalar 7% baryeri keçməlidir. Partiyadan olan namizədlər də siyahı ilə Parlamentə düşür. Mən isə siyahıda 31-ci adamam. Bu o deməkdir ki, əgər partiya 7% baryeri keçərsə mənim Parlamentə düşməyimə böyük güman var. Ötən gün artıq təşviqat və təbliğat kampaniyası çərçivəsində braşurlar və plakatlar hazırlanıb”.
Xatırladaq ki, Qırğızıstan Parlamentində seçkilərdə iştirak edən 14 Partiya arasında qızğın mübarizə gedir. Onlardan biri də soydaşımız Nüsrət Məmmədovun təmsil olunduğu Qırğızıstan Azadlıq Partiyasıdır.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın