Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Tanınmış şair Böyüş Yaquboğlununa YB-dən 70 illik yubileyi təbriki

Tanınmış şair Böyüş Yaquboğlununa YB-dən 70 illik yubileyi təbriki

Azərbaycan Yazıçılar Birliyi tanınmış şair Böyüş Yaquboğlunu 70 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Böyüş müəllim!
Sizi – istedadlı şairimizi 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmisiniz. İlk mətbu şeiriniz – “ümid” 1967-ci ildə “Gənc müəllim” qəzetində dərc olunmuşdur.
“Çiçəyimin könül vəfası”, “Günəşin kölgəsi olmur”, “Kainatın kənd küncü”, “Divanəsi ağıllanmış zəncir qəmiyəm”, “Ulduzu tökülmüş gecə”, “Qəbrimin çölündə dəfn olunmuşam”, “Yaşadım hədəflə ox arasında”, “Oyaq ola-ola gördüyüm yuxu” kitablarının müəllifisiniz.
Ayrı-ayrı toplularda, almanaxlarda bədii, elmi, metodiki əsərləriniz çap olunmuşdur.
Siz əmək veteranı, “Qızıl qələm” mükafatı laureatısınız.
Hörmətli Böyüş müəllim!
Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq”.

Azinforum.az kollektivi də gözəl şairimizi bu yubiley münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın