Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Tanınmış jurnalist Mahal İsmayıloğlu vəfat edib

Tanınmış jurnalist Mahal İsmayıloğlu vəfat edib

Jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.

Bu barədə APA-ya M. İsmayıloğlunun qızı Ayan Sadıqlı məlumat verib. Onun sözlərinə görə, jurnalist dializ üçün bu gün Respublika Klinik Xəstəxanasına yerləşdirilib: “Səhər saatlarında xəstəxanaya yerləşdirdik, dializ qəbul edirdi. Dializin bitməsinə beş dəqiqə qalmış komaya düşdü, həyatını xilas etmək mümkün olmadı”.

A. Sadıqlı əlavə edib ki, M. İsmayıloğlu sabah dəfn olunacaq. Dəfn yeri və vida mərasiminin keçiriləcəyi məkan dəqiqləşdirilir.

Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan “Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru olub.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın