Ana səhifə / Siyasət / Tanınmış jurnalistə vəzifə verildi – TƏYİNAT

Tanınmış jurnalistə vəzifə verildi – TƏYİNAT

“Neftçi”nin mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.
 Azinforum.az 1news.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycanın tanınmış idman jurnalisti və şərhçisi Rüstəm Əfsərli təyin olunub. Onun təyinatı iyunun 1-də rəsmən elan olunacaq.
Əfsərli bunadək “Simurq” və AZAL-da işləyib. 2015-ci ildə “CBC Sport” yaranandan isə onun sıralarında olaraq şərhçilər qrupuna rəhbərlik edirdi. O, eyni zamanda həmin telekanalda İtaliya futbolu haqda efirə gedən “Kalçomaniya” teleproqramının müəllifi və aparıcısı idi.
Xatırladaq ki, “Neftçi”nin bundan öncəki mətbuat xidməti rəhbəri də televiziyaçı – keçmiş ANS-çi Mehman Rəsulov olub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın