Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Manşet / Taleh Xasməmmədov Müsavatda “mühacir biznesi” ilə qazanılan fantastik pullardan danışır…

Taleh Xasməmmədov Müsavatda “mühacir biznesi” ilə qazanılan fantastik pullardan danışır…

Müsavat Partiyasının çox fəal üzvlərindən olan hüquq müdafiəçisi Taleh Xasməmmədov partiya sıralarından çıxarılıb. O, Müsavat Partiyasından çıxarılması səbəbini partiyadan belə izah edildiyini dedi ki, guya ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, partiyanın siyasi xətti ilə üst-üstə düşməyən fəaliyyət göstərib, “Facebook” sosial şəbəkəsində partiya əleyhinə böhtan xarakterli statuslar paylaşıb. “Çağırdıqları iclaslara gəlmədiyimi bəhanə edərək, özümün iştirakı olmadan məni Müsavatdan uzaqlaşdırıblar”.

Taleh Xasməmmədov “Bakı-Xəbər”ə açıqlamasında partiyanın qərarını antidemokratik adlandırdı: “Mən 2000-ci ildən Müsavat Partiyası sıralarındayam, amma bu müddət ərzində heç vaxt partiyaya üzvlük barədə vəsiqə almamışam. Hətta 2011-ci il tarixdə həbsim zamanı Müsavat Partiyasının bir məsul şəxsi guya axtarış aparmasına baxmayaraq, mənim partiyaya üzv olub-olmamağım barədə arayış təqdim edə bilməmişdi. Hansı ki, mən uzun illər Müsavat Partiyasını seçki komissiyasına təqdim edilən üzv olaraq təmsil etmişəm, eyni zamanda, bir çox mitinqin fəal iştirakçısı olmuşam. Amma indi necə olursa Avropada hər yoldan keçən birinin cibindən Müsavat üzvü olduğunu təsdiq edən vəsiqə çıxır? Belə hallarda işi çətinə düşən kimi partiya rəhbərliyi “saxtadır” deyib məlumatları təkzib edir. Bəli, doğrudan da saxtadır, çünki Müsavatın o qədər üzvü heç vaxt olmayıb, amma “saxta” olaraq onlara üzvlük vəsiqəsi verilib. Bundan əlavə, qeyd edim ki, bu cür faktiki sənədlərə istinad edilmiş ittihamlar hansı partiyaya yönəlsəydi, həmin partiya rəhbərliyi ya məhkəmə qaydasında “nüfuz” davası açardı, ya da ki, hüquq-mühafizə orqanlarına müraciət edilərək cinayət əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunması tələb olunardı. Amma heç bir tələb edilmir, edilməyəcək də. “Qara bazar” elə bazardır, yararlananlar və yaradanlar üçün.

Təəssüf ki, mənə çatanda “arxiv arayışı” tapa bilmirdilər. Bu arada mən onlar üçün bəzi önəmli “dələduz” olsaydım, mənim də vəsiqəm verilərdi, partiyada şəklim divara vurulardı, hansı ki, vicdan məhbusu idim!” T.Xasməmmədov iddia edir ki, onun mühacir biznesi ilə bağlı əlaqədə şübhələndiyi partiyadan izahat tələb etməsi belə vəziyyəti yaradıb: “Burada çox böyük pullar oynayır. Hazırda Müsavatın adı ilə xaricdə saxta sığınacaq alanların sayı 10 minə yaxındır. Partiyanın fəaliyyətinin ən pik vaxtı 2003-cü ilə təsadüf edir. Heç onda Müsavatın 10 min fəal, cəfakeş üzvünü biz görməmişik. Mən hesab edirəm ki, hər ay Müsavat Partiyası adına xas olan saxta sənədlərdən 200-300 min avroluq dövriyyə var. Bununla bağlı ortaya faktlar qoyulur, saxta sənədlərin surətləri paylaşılır. Niyə partiya rəhbərliyi bunu susqunluqla qarşılayır? Bəlli şəbəkə artıq tam oturuşub. Burdan gedən adamın sənədlərini düzəltmək üçün 3 min avro alırlar. Orada qarşılayan adam 3 min avro alır. Təxminən 1500 avro da vəkilə verilir ki, oradakı saxtakarlıqları malalasın. Hər ay da 100-ə yaxın belə adam yola salınır. Mən bunun hesabatını tələb etmişəm. Müsavatın bu qədər əzabkeş üzvü vardısa, niyə biz onları meydanlarda, mitinqlərdə görmürük”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …