Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Taksilərə qadağa qoyuldu – Yeni qanun parlamentdə qəbul olundu

Taksilərə qadağa qoyuldu – Yeni qanun parlamentdə qəbul olundu

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Məcəlləyə edilən əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın