Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Siyasət / Tahir Kərimlidən Ağasif Şakiroğluna cavab: “Kim evində nə qələt edirsə etsin, amma cinsi azlıqların və onların…”

Tahir Kərimlidən Ağasif Şakiroğluna cavab: “Kim evində nə qələt edirsə etsin, amma cinsi azlıqların və onların…”

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, Azərbaycanda saysız-hesabsız problemlər olduğu halda, siyasi partiya liderlərinin, ekspertlərin LGBT mövzusunu bu qədər həssaslıqla gündəmdə saxlamaq cəhdi, LGBT üzvlərinə qarşı aparılan anti-kampaniya anlaşılan deyil.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Pravda.az-a danışıb.

T.Kərimli bildirib ki, o, Gələcək Azərbaycan Partiyasının sədrini şəxsən tanımır.

Deputat qeyd edib ki, hər kəsin sərbəst fikir bildirmək haqqı var: “Elə deputat, elə siyasi partiya sədri barədə belə demək olar ki, o, ümumiyyətlə, başqa sosial-iqtisadi problemləri qabartmasın, ancaq LGBT barədə danışsın. Axı Azərbaycanda hansı problemlər var ki, biz onu dilə gətirməmişik?! Ola bilər ki, partiya sədrinin mətbuatı izləməsi zəifdir. İndi başqa problemlər var deyə, o deməkdir ki, biz bu problemə toxuna bilmərik? Ancaq qazdan, işıqdan, çörəkdən danışaq?! Millətin namusunun, qeyrətinin qorunmasından bəhs etməyək?! Vallah, çox qəribə ittihamlardır. Qaldı ki, LGBT-yə kimin ürəyi istəyirsə,  üzv olub-olmamasına, hər kəs özü bilər. Əsas odur ki, bunu norma kimi qəbul etməsinlər. Biz azərbaycanlıyıq, min illərlə yaşamışıq, indi noldu ki, nə dəyişdi?! Avropa Şurası məsələyə “qarışandan” sonra qanuniləşmə gedir. Kim evində nə qələt edirsə etsin, amma cinsi azlıqların və onların himayədarlarının bunu norma kimi qəbul edib cəmiyyətə belə təbliğ etməsi, mənəviyyatsızlığı yayması qəbuledilməzdir. Çünki xalqımızın milli-mənəvi dəyərləri var”, – deyə deputat fikrini bildirib.

Həmçinin oxuyun

Ərdoğan bu gün Azərbaycana səfərə gəlir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlir. Dövlət başçısının …