Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Siyasət / Tahir Kərimli səs yazısını dinləyibmi? – “Öz ziyanıma susuram”

Tahir Kərimli səs yazısını dinləyibmi? – “Öz ziyanıma susuram”

Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv olunması haqda məsələ Milli Məclisdə müzakirə olunan zaman Tahir Kərimlinin çıxışı etirazla qarşılandı. Buna cavab olaraq Sahibə Qafarova bildirdi ki, ona 10 dəqiqəlik səs yazısını dinlədəcək.

İndi hər kəsi düşündürən sual budur ki, T. Kərimli həmin səs yazısını dinləyibmi?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında T. Kərimli həmin səs yazısına qulaq asıb-asmaması haqda konkret cavab verməyib:

“İcazə verin, bu məsələ ilə bağlı mən öz ziyanıma susum. Əslində, cavab verməyim yaxşıdır, amma istəyirəm susum”.

Tahir Kərimli dünən baş verənlərlə əlaqədar təəssüf hissi keçirdiyini vurğulayıb: “Mən çox təəssüf edirəm ki, yüzlərlə insan mənim o çıxışımdan sonra əleyhimə nəsə axtarmağa başlayıb. 

Bəziləri “Tahir qanunsuz barışıq təklif edir”,-deyir. Axı xəsarət yetirmə maddəsində də qanun barışığı nəzərdə tutur. Əgər, həqiqətən də, Eldəniz Səlimov şəxsi döyübsə, onların qanun baxımından da barışmaq imkanı var. Sən birinci bu barışığı təklif etməlisən”.

Həmçinin oxuyun

“Onlar bizim əsəblərimizlə oynamağa çalışır” – Fəzail Ağamalı

“Erməni faşizmi üzərində 44 günlük tarixi qələbəmiz saxta Ermənistan “dövlətinə” ağır və sarsıdıcı zərbə vursa …