Cümə , Yanvar 21 2022
Ana səhifə / Siyasət / Tahir Kərimli: “Sərdar Cəlaloğluna cavab verməyə hünərim yoxdur”

Tahir Kərimli: “Sərdar Cəlaloğluna cavab verməyə hünərim yoxdur”

“Sərdar Cəlaloğluna cavab verməyə hünərim yoxdur. O, Qurani-Kərimə şərh  yazır, özünü Nobel mükafatına layiq bilir. Onun öhdəsindən Babək, Qaçaq Nəbi gələ bilmirsə, mən o boyda dahi adama, böyük binada oturana necə cavab verə bilərəm?!”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, Sərdar Cəlaloğluna hünəri çatmasa da, onun müavini Taliyət Əliyevə cavab verə bilər: “Doğrudur, vaxtilə mənim ailə üzvlərimdən onun kəndində gizlənən olub, amma mən heç vaxt Surətin qabağından qaçmamışam. Baxmayaraq ki, sürücümü həbs etmişdilər, maşınımı da alıb qaçmışdılar, amma mən heç bircə dəqiqə də qaçmamışam. Sonra gəlib Milli Məclisdə çıxış edərək qaçanları da, satqınları da kəskin tənqid etmişəm. Özüm görməsəm də, həmin vaxt ailə üzvlərim arasında Surət və onun “qəssabları”nın əlindən kənddə gizlənən yaxınım olub. Lakin özüm heç vaxt qaçmayaraq mübarizə aparmışam. Ona görə də mənə böhtan atmasınlar. Hakimiyyətdə təmsil olunuram, çünki dövlət vəzifəsi tutmuşam, mən kiminsə adamı olmamışam. Cavabım bundan ibarətdir və onu da qeyd edim ki, həyat hər şeyi yoluna qoyacaq, hər şey aydın olacaq”.

Həmçinin oxuyun

“Bakıdan yazılı cavab gözləyirik“ – Armen Qriqoryan

“Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib, lakin hələlik cavab almayıb”. Yenisabah.az …