Ana səhifə / Siyasət / Tahir Kərimli: “İnternet vasitəsilə qadının bədən quruluşu göstərilir…”

Tahir Kərimli: “İnternet vasitəsilə qadının bədən quruluşu göstərilir…”

“Güc ədalətli deyilsə, zalımdır. Necə ki, Rusiya Ukraynada zalımanə hərəkətlər edir. Ədalət gücsüzdürsə, o, zəif olur. Ona görə də qızıl ortanı tapmaq lazımdır, elə etmək lazımdır ki, ədalət gücə çevrilsin. Buna mane olan cəmiyyətdəki yalanın artmasıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

T.Kərimli qeyd edib ki, yalan heç vaxt bu qədər artmayıb: “Filosof Tomas Hobbsa görə sevginin, məhəbbətin 4 növü var. Platonik, yəni qadına məhəbbət, Vətənə, övlada-yaxınlara, təbiətə məhəbbət. Təsəvvür edin, övladlarımız Vətən müharibəsindən gizlədirik, əsgər göndərmirik, lakin Vətənin qulluğunda duranları, şəhidləri, qaziləri vəsf edirik. Görürsünüz, burada yalan var. Platonik məhəbbət… Bu gün internet vasitəsilə qadının bədən quruluşu göstərilir. Belə olan halda, qadın necə müqəddəs ola bilər?! Bu məhəbbət Leyli-Məcnun məhəbbəti ola bilməz. Ailələrimiz buna görə dağılır. Deməli, sevgidə də yalan, bayağılıq üstünlük təşkil edir. Övlada məhəbbət… Biz haramla, rüşvətlə imarətlər, bahalı avtomobillər alırıqsa, bu, Vətənə məxsus əmlakın əlimizdə cəmləşdirilməsidir. Ədalətsizlikdir. Burada da yalan danışırıq. Övladı belə sevmək olmaz. Başqasının bədbəxtliyi üzərində öz övladını xoşbəxt etmək düzgün deyil. Təbiətə məhəbbət. Bəzən dağdan, çiçəkdən xoşlanırıq. Qurduğumuz böyük imarətlərin həyətlərindəki çiçəklərdən, ümumilikdə maddi sərvətlərdən xoşhal oluruq. Burada da yalan danışırıq. Yalan həmişə məndə hiddət oyadıb”.

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …