Ana səhifə / Siyasət / Tağı Əhmədov Yasamala icra başçısı gətirilir?

Tağı Əhmədov Yasamala icra başçısı gətirilir?

Bakı Metropoliteninin keçmiş rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşklilatının sədri Tağı Əhmədov Yasamal rayonuna icra başçısı təyin oluna bilər.

“Ölkə.Az”-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, İbrahim Mehdiyev Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra hakim partiya onun yerinə məsləhətli kadr olaraq Tağı Əhmədovun adını təqdim edib.

Təqdimat zamanı Tağı Əhmədovun uzun illər gördüyü çoxsaylı xidmətləri və Heydər Əliyev siyasətinə sadiqliyi qeyd olunub.

Eyni zamanda qeyd edilib ki, Tağı Əhmədov YAP Yasamal rayon təşkilatının sədri olaraq da rayon əhalisi ilə sıx görüşlər keçirib, rayon sakinlərinin müəyyən rəğbətini qazanıb.

“Bu baxımdan da onun Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi uğurlu qərar olardı”, – deyə mənbə bildirib.

Xatırladaq ki, Tağı Əhmədov ölkə Prezidentinin 2014-cü ildə imzaladığı sərəncamla Bakı Metropoliteninin rəisi vəzifəsindən azad edilib.

Hazırda isə Tağı Əhmədov Azərbaycan Dama Federasiyasının vitse-prezidenti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın