Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakı Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

“Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq”.

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb. (Trend)

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …