Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / T.Arzumanyan və O.Torosyan yenə Azərbaycandan kömək istəyirlər

T.Arzumanyan və O.Torosyan yenə Azərbaycandan kömək istəyirlər

Bir neçə gün öncə saytımızda 54 yaşlı Ermənistan vətəndaşı Tamella Arzumanyanla müsahibəni dərc etmişdik. Həmin müsahibədə o, Ermənistanla Azərbaycan arasında sülh üzrə Bakı platformasını dəstəkləmişdi.

Buna qədər xanım Arzumanyan şəxsi “Facebook” səhifəsində Azərbaycan Respublikasının hakimiyyətinə açıq müraciət edərək, onu Sarkisyan tiraniyasının izləmələrindən və qanunsuzluqlarından xilas etməyə çağırmış və ailəsi ilə birlikdə ölkəmizə gəlməyə hazır olduğunu bildirmişdi. Bundan dərhal sonra Tamella Arzumanyanı və onun əri Ovanes Torosyanı Ermənistanın milli təhlükəsizlik xidməti saxlamış, bütün qanunları və insan azadlıqlarını pozaraq birtərəfli ifadələrini almışdı.

Ermənistan MTX əməkdaşları saxlanmış ər-arvada özlərini təqdim etməmiş və onlara olan marağın səbəbini izah etməmişdilər. Bunun əvəzində, saxlanılanlara birbaşa həbslə və fiziki təzyiqlə hədə-qorxu gələrək, xüsusi xidmət orqanları əməkdaşlarının dili ilə desək, “bir daha “Azərbaycan” sözünü dillərinə gətirəcəkləri təqdirdə” tutulacaqlarını demişdilər.

Buna baxmayaraq, cəmi bir neçə gün sonra Arzumanyan haqqin.az və virtualaz.org-a müsahibə verərək, Bakıya gəlmək istədiyini bildirmişdi.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, ertəsi gün onun “Facebook”dakı səhifəsi sındırılmış və sonradan ümumiyyətlə silinmişdi. Arzunmanyanın özündən isə iki sutka xəbər çıxmadı.

Və budur, Arzumanyan və əri saytımızla əlaqə yarada biliblər. Onların sözlərinə görə, müsahibə dərc olunandan sonra onlara müxtəlif güc strukturlarından, o cümlədən Baş Prokurorluqdan hədə-qorxu gəliblər. O.Torosyanın sözlərinə görə, ölkə prokurorluğunun əməkdaşları ona açıq şəkildə bildiriblər: “Bizə sənin bütün hərəkətlərin, hətta eyməyə hazırlaşdıqların belə məlumdur. Sənin və ailən haqqında hər şeyi bilirik, buna görə də, harasa müraciət etməzdən əvvəl yaxşı fikirləş. Yadında saxla, xəstə qızın var”.

Son söhbət zamanı ər-arvad təklif ediblər ki, sayt onların adından beynəlxalq hüquq müdafiə təşkilatlarına və onların Yerevan bölmələrinə müraciət etsin. Onlar öz həyatlarına, ailələrinin həyatına görə qorxurlar və ölkədən maneəsiz çıxmaq üçün kömək istəyirlər.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın