Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / “Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaqlar”

“Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaqlar”

“Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaqlar. Şərq ölkəsində nazir işləyən gedib Qərbdə poçtalyon işləyirsə, bu Şərqlə Qərbin fərqini göstərən əsas cəhətdir”.

Bunu deputat Fazil Mustafa bildirib.

F.Mustafa qeyd edib ki, Azərbaycanda nazirlərin əksəriyyəti vəzifədən çıxandan sonra hətta aşağı vəzifədə çalışmağı belə özünə həqarət sayır: “Bunlar hamısı cəmiyyətimizin titula sadiq olmasının göstəricisidir. Dində də belədir. Hacı, kərbəlayi, məşədi olana qədər hamı özünü Allah qarşısında borclu bilir. Amma bu titulu alan andan çoxu özünü imtiyazlı adam kimi aparmağa başlayır. Biliyi, səviyyəsi yüksək olanlar daha çox müəyyən funksiyaları yerinə yetirmək imkanına malik olurlar. İstedadlı adam harda olmasından asılı olmayaraq, hər yerdə parlayacaq.”

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …