Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Tərtərin deputatı: “Var ol, komandir, var ol!”

Tərtərin deputatı: “Var ol, komandir, var ol!”

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.
NazirlikdənModerator.az-a verilən məlumata görə, düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Tərtəri parlamentdə təmsil edən millət vəkili Sahib Alıyev bu hadisədən doğan emosiyalarını gizlədə bilməyib. Tərtərli deputat özünün rəsmi feysbuk səhifəsində kəşfiyyatçı və komandirlərə təşəkkür edib:
“Aralarında general və polkovniklərin də olduğu bir qrup yüksək rütbəli erməni işğalçısı dəqiq artilleriya zərbəsiylə hara lazımdır ora göndərilib. Koortinatı verən kəşfiyyatçım min yaşa, hədəfi dəqiq vuran topçum əlinə qurban! Var ol komandir, var ol!”

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın