Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Təhsil Nazirliyinin şalvar qadağası

Təhsil Nazirliyinin şalvar qadağası

Bakı Sosial Pedoqoji Kollecində müəllimələrin şalvar geyinməsinə qadağa qoyulub.

Bu barədə Moderator.az-a məlumat verən müəllimələr bildirib ki, kollecin rəhbərliyi göstərişin Təhsil Nazirliyindən gəldiyini bildiriblər.

Müəllimələr bu qərardan narazıdır, ona görə ki, kollecin istilik sistemi qaydasında deyil. Otaqlar soyuq olur. Məhz bu səbəbdən müəllimələr kollec rəhbərliyinin qaşısında şərt qoyublar: əvvəl istilik sistemini qaydaya salın, sonra qadağanı tətbiq edərsiz. Kollec rəhbərliyi istilik sisteminin qaydaya salınacağına söz versə də, hələ ki, bir nəticə yoxdur.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın