Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Təhsil naziri qəbul imtahanlarının ödənişli olması təklifi haqda

Təhsil naziri qəbul imtahanlarının ödənişli olması təklifi haqda

Təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparılmasının mümkünlüyü barədə fikirlərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, təhsil naziri deyib ki, bu məsələ əvvəlcə müzakirə olunmalıdır. Burada bir neçə məsələnin olduğunu deyən M.Cabbarovun sözlərinə görə, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxs olduğu üçün onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır: “Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin maliyyələşdirilməsi məsələsi var. Başqa məsələ odur ki, təhsilalanlara xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir.Bu səbəbdəb göstərilən xidmətlərin ödənişinin necə həyata keçirilməsi dəqiqləşdirilməlidir. Nazirliyə bu barədə müraciət olduqdan sonra rəsmi mövqeyimizi bildirəcəyik”.

Təhsil naziri qeyd edib ki, DİM-in fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. O bildirib ki, burada təhsilə çıxış və əlçatanlıq məsələsinə nəzər yetirilməlidir: “Hesab edirəm ki, müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, məsələnin həllini həmkarım Məlaykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın