Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Təhsil İdarəsinin yeni xanım müdiri

Təhsil İdarəsinin yeni xanım müdiri

Xəbər verdiyimiz kimi, təhsil naziri Mikayıl Cabbarovun dekabrın 28-də imzaladığı əmrə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib.

“ Azinforum.az ” modern.az-a istinadən BŞTİ-nin yeni müdirinin tərcümeyi-halını təqdim edir:

Məhəbbət Məhərrəm qızı Vəliyeva 04.09.1968-ci il tarixində doğulub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuni bitirib.

Rus dili və ədəbiyyatı müəllimi ixtisasına malikdir.

1991-2003-cü illərdə Səbail rayonu Osman Mirzəyev adına 190 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyib.

2003-2008-ci illərdə “XXI” əsr Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2008-2014-cü illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru olub.

2014-cü il 5 dekabrdan bu günə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində işləyirdi.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın