Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Təfəkkür” Universiteti 42 tələbəni qovdu – Təhsil Nazirliyindən cavab almaq olmur

“Təfəkkür” Universiteti 42 tələbəni qovdu – Təhsil Nazirliyindən cavab almaq olmur

“Təfəkkür” Universitetində oxuyan bir qrup tələbənin valideynindən redaksiyamıza şikayət məktubu daxil olub. 

Avropa.info xəbər verir ki, universitet rəhbərliyi 42 tələbəni kəsir pullarını ödəyə bilmədikləri üçün universitetdən xaric edib.

Təfəkkür universitetinin rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də rektor Müşfiq Atakişiyev bizim zənglərimizə cavab vermədi. Məsələyə aydınlıq gətirmək üçün universitetə yollanan əməkdaşımız isə rektorun maşını orada olmasına baxmayaraq “rektor burada yoxdur” cavabı alaraq geri qayıdıb.

Qeyd edək ki, qanunda tələbənin nə təhsil haqqını, nə də kəsir pulunu ödəyə bilmədiyi üçün universitetdən xaric olunması nəzərdə tutulmur.

Mövzu ilə bağlı Avropa.info Təhsil Nazirliyinin münasibətini öyrənmək istəyib. Nazirliyin elektron poçtuna sentyabrın 22-dən ünvanlandığımız sorğu bu günədək cavabsız qalıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın