Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev:“Xəstə düşüncələri ilə həm bizləri yurdlarımızdan didərgin saldılar, həm də özlərini rəzil günə qoydular” 

Təbriz Musayev:“Xəstə düşüncələri ilə həm bizləri yurdlarımızdan didərgin saldılar, həm də özlərini rəzil günə qoydular” 

Ermənistan Baş naziri Nikol Paşinyanın verdiyi vədlərin növbəti fiaskosu. Məsələ ondadır ki, 2023-cü ilin sonuna olan məlumata görə, Ermənistanın daimi əhalisi 2 932 731 nəfərdir. 

Paşinyan hakimiyyətə gələndə, 2018-ci ildə Ermənistanın əhalisi 2 milyon 972 min nəfər olub. Yəni 5 ildə ölkənin daimi əhalisi 40 min nəfər azalıb. Son 11 ildə Ermənistanın daimi əhalisi 86 123 nəfər azalıb. Bunun 40 mini Paşinyanın dövrünə düşür.

Burada təəccüblü məqam odur ki, 2019-cu ilin yayında Xankəndidə Paşinyan Ermənistan üçün növbəti 30 il üçün əsas vəzifələrin məşhur siyahısını təqdim etmişdi. Orada qeyd edilirdi ki, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayı 5 milyona çatdırılacaq. Lakin 5 ildən sonra məlum olur ki, nəinki əhali artır, əksinə azalır və hökumət qarşıya qoyulan hədəfdən çox uzaqdır.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Ermənistandakı demoqrafik vəziyyətin belə acınacaqlı hal alacağı gözlənilən idi: “Məsələ ondadır ki, təkcə 1994-2020-ci illərdə 2 milyon nəfər Ermənistanı tərk edib. Ölkəni tərk edənlərin çoxu Rusiyaya üz tutub. Bununla bağlı çoxsaylı faktlar var. Əhalinin siyahıyaalınmasının nəticələrinə görə, 2011-ci ildə Ermənistan əhalisi 3 milyon 18 min 854 nəfər olub. 2001-ci ildə keçirilmiş siyahıyaalmada isə ölkə əhalisi 3 milyon 213 min 11 nəfər olub. Üstəlik, şəhər əhalisinin də xüsusi çəkisi xeyli artıb. Halbuki, Ermənistan əhalisinin sayı 1991-ci ildə təxminən 3,4 milyon nəfər idi. Paşinyanın dedikləri populizmdir. Ermənistanda əhalinin sayını artırmaq üçün bir neçə məsələ öz həllini tapmalıdır. Birincisi, Ermənistan qonşuluqdakı Azərbaycan və Türkiyəyə yönəlik düşmənçilik siyasətindən əl çəkməlidir. İkincisi, bu dövlətlərlə normal siyasi-iqtisadi əlaqələr qurmalıdır. Üçüncüsü, Cənubi Qafqazın 3 ölkəsi arasında vahid kommunikasiya, tranzit və logistik əlaqələr qurulmalıdır. Dördüncüsü, bütün bunların fonunda Ermənistan iqtisadiyyatına ciddi sərmayə qoyuluşları olmalıdır. Yalnız o halda Paşinyan hakimyyəti ölkədəki demoqrafik böhranı önləyə bilər. Yoxsa Rusiyaya yönəlik sanksiyalardan yayınmaqla reeksport siyasəti yeridib süni şəkildə iqtisadi artımı təmin etməklə uzağa getmək olmaz. Ermənilər Cənubi Qafqazda aborigen millət olmadıqları üçün burada qərar tuta bilmirlər. Bir vaxtlar Ermənistanda azərbaycanlıların kompakt yaşadığı kəndlərdə indi bayquş ulayır. Halbuki, 1988-ci ilə qədər vəziyyət tamam fərqli idi. Deməyim odur ki, xəstə düşüncələri ilə həm bizləri yurdlarımızdan didərgin saldılar, həm də özlərini rəzil günə qoydular. Ötən il Azərbaycan Xankəndiyə nəzarəti bərpa etməklə, 30 illik “miatsum” ideyasını tarixin zibilliyinə atdı”.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …