Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Separatçıların su ilə bağlı təşviş keçirmələri təsadüfi deyil”

Təbriz Musayev: “Separatçıların su ilə bağlı təşviş keçirmələri təsadüfi deyil”

Məlum olduğu kimi, rus sülhməramlılarının və separatçıların nəzarətində olan Xankəndidə su problemi getdikcə ciddiləşir. Rus sülhməramlıları müxtəlif vasitələrlə bunu aradan qaldırmağa çalışsalar da, görülən işlər yetərli nəticə vermir.

Qeyd edək ki, Xankəndidə su təchizatı ilə bağlı problem yarandığı haqda söhbətlər avqustun 9-da yayılıb. Sosial şəbəkələrdə səbəblərlə bağlı iki versiya müzakirə olunur. İsti və yağıntısız hava üzündən su çatışmazlığı haqda danışırdılar. İkinci versiya isə Azərbaycanın su təchizatının qarşısını aldığı haqda idi. Bu arada deputat Tiqran Abramyan Ermənistan parlamentinin növbədənkənar iclasında bildirib ki, təkcə Xankəndi su ilə bağlı problemlər yaşamır. Digər yaşayış məntəqələri də bu problemdən əziyyət çəkir, çünki ermənilərin nəzarətində olan Qarabağ ərazisindəki çay mənbələrinin 98 faizi hazırda Azərbaycanın nəzarətindəki Kəlbəcər rayonu ərazisindədir. Deputatın sözlərinə görə, bu fakt artıq həm Qarabağ, həm də Ermənistan üçün bir böhrana işarədir, çünki bu birbaşa Göyçə problemi ilə bağlıdır: “Azərbaycan mənbələrində dərc olunan kadrlarda görə bildiyim qədər, Kəlbəcər çaylarının yaxınlığında ağır texnika işləyir. Bir çox Stepanakert (Xankəndi) sakini iki həftədir sudan məhrumdur, bəzisi isə fasilələrlə su alır”.

Görünən odur ki, ermənilər, xüsusən Kəlbəcərin Azərbaycanın nəzarətinə keçməsindən bərk narahatdılar. Etiraf edirlər ki, su mənbələrinə Azərbaycanın nəzarət etməsi çox ciddi təsir vasitəsidir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, separatçıların su ilə bağlı təşviş keçirmələri təsadüfi deyil: “Əvvəla onu qeyd edim ki, mən özüm əslən Basarkeçər rayonundan olduğum üçün həmin ərazilərin relyefinə, su mənbələrinə yaxşı bələdəm. Çünki doğulduğum rayon Göyçə gölü ilə Kəlbəcər rayonu arasında yerləşir. Nəzərə almaq lazımdır ki, nəinki Qarabağa, Ermənistana, konkret Göyçə gölünə axan çayların mənbələri Kəlbəcərdə formalaşır. Məsələn, Göyçə gölü əsasən Lev və Arpa çaylarından axan su hesabına qidalanır. Bu çayların da mənbəyi Kəlbəcərdən başlayır. Tək Kəlbəcər hardasa 2000 kvadrat kilometr əraziyə malikdir. Üstəlik, 1992-ci ildə Ağdərə inzibati rayonu ləğv ediləndə ərazisinin 1000 kvadrat kilometri Kəlbəcərin tərkibinə daxil edildi. Ermənilər öz məkrli xislətlərinə xas olan tərzdə xoflanırlar. Onlar Sərsəng su anbarının suyundan illərlə necə bizi məhrum etdilərsə, indi də Azərbaycanın analoji addımlar atacağından qorxurlar. Anlayırlar ki, yaxın perspektivdə separatçı əməllərindən əl çəkməsələr, Azərbaycan onları sudan məhrum edəcək. Ona görə də bu cür vay-şivən salıblar”.

İAT sədri hesab edir ki, Azərbaycan bütün təzyiq vasitələrindəın istifadə edib Xankəndinin Bakının nəzarətinə keçməsini sürətləndirməlidir. Bu təzyiq rıçaqlarından biri də iqtisadi vasitələr olmalıdır. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …