Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Prezidentimizin necə böyük hörmətə malik olduğunu bütün dünya gördü”

Təbriz Musayev: “Prezidentimizin necə böyük hörmətə malik olduğunu bütün dünya gördü”

Məlum olduğu kimi, bu həftə bütün dünyanın marağı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına yönəldi. Bunun əsas səbəbi mühüm görüşlərin keçirilməsi idi. Prezident İlham Əliyevin Çex Respublikasının baş naziri Petr Fialanın və Aİ Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Praqaya səfəri və “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı ölkə başçısına olan hörmətin göstəricisidir.

İlham Əliyevin şəxsiyyətinə hörmət, mühüm məsələlərin həllində onun mövqeyinin və rəyinin nəzərə alınması danılmaz reallıqdır. Bunun nəticəsidir ki, tədbirdə Azərbaycan Prezidentinin iştirakı xüsusilə diqqət mərkəzində oldu. Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan qazını Avropaya daşıyacaq daha bir boru xəttinin – Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində müxtəlif ölkələrin liderlərinin Prezident İlham Əliyev və Azərbaycanın nüfuzu barədə dilə gətirdikləri də onu göstərir ki, Azərbaycan lider dövlətdir və dünya ölkələri arasında böyük rəğbətə sahibdir. Həmin tədbirdə Serbiya Prezidenti Aleksandr Vuçiçin İlham Əliyev barədə səsləndirdiyi xoş fikirlər bir daha onun böyük nüfuza malik olduğunu ortaya qoydu: “Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.

Elə bu tədbirdə Azərbaycan Prezidentinin Avropada ən çox arzuolunan şəxs olduğu etiraf edildi. “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasından sonra iştirakçıların çəkdiyi birgə foto da xalqımızın fəxrlə izlədiyi növbəti diplomatik uğurdur. Diplomatların duruşu hər zaman müzakirə olunur, mövcud situasiyanı ifadə edir. Səfər boyu Azərbaycan Prezidentinin məğrur duruşu ölkəmizin gücünü və onun əminliyini göstərən vacib məqamlardan biridir. Prezident İlham Əliyev həmişə olduğu kimi, Praqada keçirilən sammitdə də Azərbaycanın milli maraqlarının müdafiəsini uğurla ortaya qoydu. Beynəlxalq əlaqələrinin genişlənməsi və münasibətlərinin inkişafı baxımından məqsədyönlü siyasət həyata keçirir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Praqa sammitində Prezidentimizin necə böyük hörmətə malik olduğunu bütün dünya gördü: “Bəli, Prezident İlham Əliyev dünyada ən nüfuzlu tədbirlərdə çox böyük hörmətlə qarşılanır. Nəinki Avropada, digər dünya ölkələrində də keçirilən tədbirlərdə Azərbaycan Prezidentinə xüsusi ehtiram göstərilir. Dəfələrlə bunun şahidi olmuşuq. Avropada Əliyevə göstərilən xüsusi diqqət yalnız Azərbaycanın qaz ixracatçısı olması ilə bağlı deyil. Burada vacib amil Azərbaycanın istənilən sahədə etibarlı tərəfdaş olması, imzasına hər zaman hörmət etməsi faktoru ilə bağlıdır. Bu uğurlu strategiyanın da əsas müəllifi Prezident İlham Əliyevdir. Düşünülmüş siyasət sayəsində Azərbaycan böyük güc mərkəzlərinin poliqonuna çevrilməyib. Tam əksinə bir uzlaşma mərkəzinə çevrilib”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …