Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Paşinyan belə bir toqquşmanın baş verməsini çox istəyir”

Təbriz Musayev: “Paşinyan belə bir toqquşmanın baş verməsini çox istəyir”

“Ermənistan silahlı təxribatları, eləcə də Rusiya və Azərbaycanı münaqişəyə sövq etmək üçün Qarabağda Rusiya sülhməramlılarına qarşı separatçı qeyri-qanuni silahlı birləşmələrin təxribatları mümkündür”. Bunu Rusiya hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, Moskva ilə Bakı, Tehran və Ankara arasında fövqəladə qapalı hərbi-siyasi məsləhətləşmələr zəruridir: “Rusiya, Azərbaycan, İran və Türkiyə regionda, daha doğrusu  Ermənistan ərazisində ABŞ və Fransa hərbi bazalarının, eləcə də NATO və Aİ-yə üzv olan digər ölkələrin hərbi kontingentinin görünməsində qətiyyən maraqlı deyil. Ermənistan silahlı təxribatları, eləcə də Rusiya və Azərbaycanı münaqişəyə sövq etmək üçün Qarabağda Rusiya sülhməramlılarına qarşı separatçı qeyri-qanuni silahlı birləşmələrin təxribatları mümkündür. Vladimir Putin və İlham Əliyev lazım gələrsə, bu barədə mediaya məlumat vermədən müəyyən məsələləri şəxsən müzakirə edə bilərlər”.

Maraqlıdır, Qarabağda Rusiya sülhməramlıları ilə separatçı qeyri-qanuni silahlı birləşmələrinin toqquşdurulması versiyası nə dərəcədə realdır?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, indiki mürəkkəb vəziyyətdə hərşey mümkündür: “Həqiqətən də, Qarabağda təxribat risqləri var. Ermənistan 44 günlük müharibədə, ondan sonra baş verən lokal toqquşmalarda məğlub olsa da sülh danışıqlarında konstruktiv addımlar atmır. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qursa da, rəsmi İrəvan Ağdam-Xankəndi yolunun açılması ilə bağlı separatçılara təzyiq göstərmir. Tam əksinə, bütün vasitələrlə çalışır ki, Qarabağ erməniləri ilə Bakı arasında təmaslar qurulmasın. Düzdür, nəzərə alsaq ki, Xankəndi və Qarabağın bir sıra yaşayış məntəqələri Rusiya sülhməramlılarının nəzarətindədir, sözügedən təxribat o qədər də real görünmür. Çünki Xankəndidəki xunta rejimi əsasən Moskvaya tabedir. Əvvəlki və indiki separatçı təmsilçilər əsasən Rusiya hərbi kəşfiyatına bağlıdılar. Ona görə də bu, nəzəri baxımdan o qədər də real görünmür, amma tam istisna da deyil. Baxmayaraq ki, separatçılar arasında çox ciddi parçalanma var. Demək olar ki, əvvəlki kimi vahid mövqedən çıxış etmirlər. Ancaq əlbəttə ki, Paşinyan hakimiyyəti belə bir toqquşmanın baş verməsini çox istəyir. Hesab edirlər ki, bu, baş tutsa revanşist müxalifətin təzyiqlərini daha uğurla neytrallaşdıra biləcəklər. Digər tərəfdən, Fransa da maraqlıdır ki, Rusiya sülhməramlıları separatçı qeyri-qanuni silahlı birləşmələrlə toqquşsun. Ona görə ki, bu, Fransanın da mənafeyinə uyğundur. O mənada ki, Qarabağda belə toqquşmaların baş verməsi separatçıların Parisə stavka etməsinə gətirib çıxara bilər. Çünki zatən Rusiyanın Ermənistanda sosial dayaqları sarsılıb. İndi əsas məsələ analoji vəziyyətin Qarabağda da yaranmasıdır. Nəzərə almaq lazımdır ki, Ukraynada Rusiya çox pis vəziyyətdədir. O baxımdan Ermənistan və Fransada hesab edirlər ki, bir də belə fürsət olmayacaq. Bütün bunlara həm də regionda gedən geosiyasi savaş konteksində yanaşmaq lazımdır”.

Həmçinin oxuyun

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir” – Hikmət Hacıyev

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin …