Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Neofaşizm, rasizm və digər bu kimi ideologiyalar ermənilərə xasdır”

Təbriz Musayev: “Neofaşizm, rasizm və digər bu kimi ideologiyalar ermənilərə xasdır”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının Şuşada məktəb tikmək təşəbbüsü ermənilərin bərk narahatlığına səbəb olub. Sözügedən məsələ ilə bağlı separatçıların qondarma “XİN”i nifrət və böhtan məzmunlu açıqlama yayıb.

Açıqlamada iddia edilir ki, Türkiyənin ultrasağ təmayüllü MHP-nin Şuşa şəhərində müəyyən layihələr həyata keçirmək niyyətləri guya ən ciddi narahatlığa səbəb olur. Guya sözügedən məktəb pantürkizm və neofaşizm ideologiyasını təbliğ edəcək. Bu da nəinki “Artsax” üçün, eyni zamanda, regional və qlobal təhlükəsizlik üçün təhdid yaradacaq. Guya ki, MHP hədəfə çatmaq üçün terrordan əsas vasitə kimi istifadə edir: “Bu qüvvələrin “işğal olunmuş” Şuşadakı layihələrinin Türkiyə və Azərbaycanın yüksək rəhbərlikləri tərəfindən təsdiqlənməsi Qarabağ məsələsinin sülh yolu ilə hərtərəfli həllinə təhlükə yaradır. Türkiyə və Azərbaycanın bu siyasəti ən sərt qınağa layiqdir. Beynəlxalq ictimaiyyətdən və strukturlardan bu cür dağıdıcı təşəbbüslərin qarşısının alınmasına və yatırılmasına yönəlmiş müvafiq təcili tədbirlər görülməsini tələb edirik”.

Göründüyü kimi, ermənilər MHP-nin bu nəcib layihəsini öz xislətlərinə xas tərzdə qaralamağa çalışırlar. İstənilən bu kimi təşəbbüsü nifrətlə qarşılayırlar.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, bu açıqlama bir daha ermənilərin son dərəcə murdar simasını ortaya qoydu: “Zatən, ermənilərin MHP-nin Şuşada məktəb tikmək təşəbbüsünü belə nifrətlə qarşılamaları məni təəccübləndirmədi. Çünki onlar Türkiyə və Azərbaycan tərəfindən həyata keçirilən istənilən layihəni düşmənçiliklə qarşılayırlar. Neofaşizm, rasizm və digər bu kimi ideologiyalar ermənilərə xasdır, MHP-yə yox. Terrordan bəslənmək, qarşıya qoyulan hədəflərə terror yolu ilə çatmaq tarixən ermənilərə xas olub. Ona görə də yaxşı olardı ki, bu adı ermənilər özlərinə qoysunlar. Şanlı ordumuz 44 günlük müharibədə erməni separatizminin belini elə qırıb ki, çətin bir də onlar toparlana bilsinlər. Azərbaycan qardaş Türkiyə ilə birlikdə Qarabağda istənilən siyasi, iqtisadi, sosial, mədəni və s. layihələr həyata keçirə bilər. Bunun ermənilərə və separatçılara heç bir dəxli yoxdur. Hesab edirəm ki, Türkiyə Dağlıq Qarabağın mərkəzində bu kimi daha çox layihə həyata keçirməlidir. Qarabağın tacı olan Şuşada türkdilli dövlətlərin tədbirləri keçirilməlidir. Dünyanın ən mötəbər təşkilatlarının iştirakı ilə Qarabağda yeni-yeni layihələrə start verilməlidir. Bizə bu işləri görməyə heç bir qüvvə mane ola bilməz”.

İAT sədri onu da qeyd etdi ki, Azərbaycan sistemli addımlar atmaqla Qarabağdakı separatçı tör-töküntüləri birdəfəlik oradan təmizləməlidir.

Həmçinin oxuyun

Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin …