Çərşənbə , May 22 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar”. Bu sözləri rusiyalı ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına qarşı çıxmaq istəyirlər: “Bütün region ölkələri – Rusiya, Azərbaycan, Türkiyə, İran birləşməlidir ki, Ermənistan Qərbin nüfuzunun tramplininə çevrilməsin. Bu gün ABŞ, Aİ, Fransa İrəvandan istifadə edərək regionda qeyri-sabitlik və yeni silahlı münaqişələr yaratmaq istəyir. Fakt budur ki, Şimal-Cənub dəhlizi regiondan keçir və bu, Qərbin sanksiyalarından yan keçmək və Rusiya iqtisadiyyatının dayanıqlı fəaliyyəti üçün zəruri logistikanı təmin etmək baxımından Moskva üçün kritik əhəmiyyət kəsb edir”.

Bütün bu deyilənlərin fonunda, adıçəkilən birgə anti-Qərb platforması, birliyinin yaradılması nə dərəcədə mümkündür? İran sona qədər bunda maraqlı ola bilərmi? Nəzərə alsaq ki, Avropa İttifaqının Ermənistanı silahlandırmasına xeyli müddət biganə yanaşdı və uzun müddət sonra reaksiya verdi. O baxımdan Tehran bu məsələdə nə dərəcədə ardıcıl və səmimi ola bilər? O cümlədən, Türkiyə də sona qədər bunda maraqlı ola bilərmi?

Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında buna birmənalı yanaşmadı: “Ümumən, bir sıra məsələlərdə Rusiyanın İranla mövqeləri üst-üstə düşür. Məsələn, Tehranla Moskva Cənubi Qafqazda, Suriyada Qərbin mövqeyinin güclənməsini istəmir. Suriyanın müəyyən hissəsi ABŞ-ın təsir dairəsindədir. Ancaq Cənubi Qafqazda Ermənistanın Qərbin təsir dairəsinə keçməməsi ilə bağlı İranın dirənəcəyi real deyil. Molla rejimi heç vaxt bu məsələdə Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz. Baxmayaraq ki, Qərbin Ermənistanda möhkəmlənməsi İranın maraqlarına uyğun deyil. Çünki Tehran rejimi hər zaman Ermənistanın mənafeyini qoruyub. Avropa İttifaqı müşahidə missiyası Ermənistana yerləşəndə İran bunu görməzdən gəldi. Halbuki, İranın “devizi” bu idi ki, regional problemləri region ölkələri həll etməlidir. O zaman sual yaranır: Fransa region dövlətidirmi? Ona görə də İranın həmrəylik göstərəcəyinə şübhə edirəm. Türkiyəyə gəldikdə isə, bir sıra məsələəri gözardı etmək olmaz. Birincisi, Türkiyə NATO blokunun üzvüdür. Blokda ikinci ən böyük orduya malikdir. İkincisi, son vaxtlar Türkiyə-ABŞ münasibətlərində bir istiləşmə müşahidə edilir. Vaşinqton F-16 təyyarələrinin Türkiyəyə verilməsi ilə bağlı məhdudiyyətləri ortadan qaldırlb. Mayın 9-da Ərdoğanın ABŞ-a səfəri olacaq. Gözləntilərdən biri də odur ki, Birləşmiş Ştatlar Türkiyəyə bir neçə milyard dollar kreditin ayrılmasına yaşıl işıq yandıracaq. Bütün bunların fonunda Türkiyənin Korotçenkonun səsləndirdiyi koalisiyada yer alacağı real deyil”.

Həmçinin oxuyun

Nə qərb , nə də ABŞ Azərbaycanın düşməni deyil.

Bəzi kiçik siyasi spikulyasiyalar görə geniş Qərb anlayışı və ABŞ barədə daşqalaq ritorikasını doğru hesab …