Cümə axşamı , May 23 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “İşğal dövründə ermənilər o qədər cinayətlər törədiblər ki, Qarabağa qayıtmağa cəsarətləri çatmır”

Təbriz Musayev: “İşğal dövründə ermənilər o qədər cinayətlər törədiblər ki, Qarabağa qayıtmağa cəsarətləri çatmır”

“Yaxın vaxtlarda biz Qarabağdan gəlmiş sakinlərə mənzillərin verilməsi proqramını qəbul edəcəyik”. Bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan verib. 

“Bu geniş proqramdır, lakin mən onu qısaca təqdim etmək istəyirəm, çünki baş nazirin müavini tam paketi daha sonra ətraflı şəkildə təqdim edəcək. Biz Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bacı və qardaşlarımıza bir neçə istiqamətdə dəstək olmaq qərarına gəlmişik. Birincisi, ev tikməkdir. İkincisi, mövcud ipoteka krediti olan şəxslərə ev verməkdən ibarətdir. Təbii ki, biz onlara bu istiqamətdə də dəstək verəcəyik”, – deyə Paşinyan bildirib. 

O, 6 nəfərlik ailənin 30 milyon dram dəstək almaq imkanının olacağını vurğulayıb: “Bununla mənzil almaq mümkündür. Proqramın başlanğıcında azyaşlı uşaqları olan ailələrə üstünlük veriləcək”.

Ümumən, Paşinyanın bu açıqlaması o demək deyil ki, Ermənistan rəhbərliyi Qarabağ ermənilərinin geri qayıtmasında maraqlı deyil. Erməni tərəfi bunu arzulayır, amma bunun reallaşmayacağının fərqindədilər. Yəni inanmırlar ki, Qarabağ erməniləri bir də geri qayıtsın. O üzdən, belə sosial proqramlar qəbul edirlər.

Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında Qarabağla bağlı belə bir gözləntinin olmamasını bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Paşinyan başda olmaqla bir sıra ermənilər yaxşı bilirlər ki, ermənilərin geri dönməsi mümkünsüzdür. Bunu bir sıra amillər şərtləndirir. Birincisi, ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” xülyası tarımar oldu. İndiki dövrdə azacıq ağlı olan erməni buna inanmaz. İkincisi, hazırkı Azərbaycan 30 il əvvəlki zəif dövlət deyil. Azərbaycan öz gücü hesabına 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə tamamilə fərqli reallıq yaratdı. Üçüncüsü, 30 il əvvəl Ermənistan əhalisinin sayı 3,4 milyon nəfər idisə, hazırda əhalinin statistik sayı 2,9 milyon olsa da, reallıqda əhali sayı bundan da azdır. O dərəcədə demoqrafik vəziyyət acınacaqlıdır. Dördüncüsü, işğal dövründə ermənilər o qədər cinayətlər törədiblər ki, indiki şərtlər daxilində qayıtmağa cəsarətləri çatmır. Çünki işğal zamanı dinc insanları qətlə yetiriblər, əmlaklarını talayıblar. Daha sonra kəndləri, şəhərləri xaraba qoyublar. Belə olan halda hansı üzlə qayıdacaqlar? Paşinyan az-çox praqmatik düşüncəyə malik olduğu üçün ermənilərin Qarabağa qayıtmayacağını yaxşı bilir. Ona görə də həmin erməniləri Ermənistana inteqrasiya etməyə çalışır. Çünki onların bir qismi Ermənistanı da tərk edib. Zatən bu gedişlə Ermənistanda demoqrafik vəziyyətin daha da pisləşəcəyi, yaşlı əhalinin çəkisinin artacağı gözlənilir. Əmək qabiliyyətli əhalinin ölkəni tərk etməsi ciddi sosial problemlər vəd edir. Paşinyan güzəştli proqramlar təqdim etməklə əmək bazarındakı boşluğu doldurmaq istəyir. Onun Qarabağ erməniləri ilə bağlı məlum proqramları bundan irəli gəlir. Təsadüfi deyil ki, Nikol açıqlamasında proqramın başlanğıcında azyaşlı uşaqları olan gənc ailələrə üstünlük veriləcəyini deyib”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Görünən odur ki, İkinci Qarabağ müharibəsi ermənilərə güclü dərs olub”

Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasından belə məlum olub ki, Ermənistanda fərarilik dayanmaq bilmir. Paşinyan …