Ana səhifə / Siyasət / Təbriz Musayev: “İran Ermənistan və Fransa ilə gizli formada anlaşıb”

Təbriz Musayev: “İran Ermənistan və Fransa ilə gizli formada anlaşıb”

İran Ermənistan-Avropa İttifaqı-ABŞ-ın üçtərəfli görüşü ilə bağlı susqunluğunu davam etdirir. Halbuki, günlərdir bu məsələ gündəmdədir. Bu arada bir sıra region dövlətləri də – Azərbaycan, Rusiya, Türkiyə bu görüşü pisləyib.

2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra regionda müəyyən geosiyasi və iqtisadi dəyişikliklər baş verdi. Tehran 44 günlük müharibədən sonra “regiona kənar qüvvələrin gətirilməsinə qarşı olduğunu” hər fürsətdə dilə gətirir və buna görə Azərbaycanı ittiham edirdi. Hərçənd, Tehran Bakını ittiham etdiyi vaxt İrəvan onların nəzərdə tutduğu kənar qüvvələri – Aİ müşahidəçilərini, Fransa jandarmalarını, kəşfiyyatçıları İranın sərhədlərinə yerləşdirdi. 

Görünən odur ki, Brüsseldə Ermənistan-Aİ-ABŞ görüşünə qarşı mövqe bildirməyən hələlik tək region  ölkəsi İrandır. Maraqlıdır, İran məlum görüşə münasibət bildirməməklə nəyə arxayındır?

Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında İranın susqunluğunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, İranın belə mövqe sərgiləyəcəyi hardasa gözlənilən idi. Ona görə ki, indiyə qədər İran Qərbin Ermənistanda artan fəallığına bir dəfə olsun açıq və kəskin etiraz etməyib. Ən yaxşı halda, hansısa məsələdə ümumi yumşaq diplomatik ifadələr işlədiblər. Bu da çox nadir hallarda baş verir. ABŞ-ın Cənubi Qafqazda ən böyük səfirliyi İrəvanda yerləşir. Bir dəfə olsun İran tərəfi buna toxunmayıb. Avroittifaqın müşahidə missiyası Ermənistana yerləşdirildi. Daha sonra onlara mandat verildi, sayları artırıldı, statusları genişləndirildi. Dəfələrlə Rusiya öz maraqlarından çıxış edərək müxtəlif rəsmi şəxslər səviyyəsində bunu pislədi. Ancaq bununla bağlı İrandan səs çıxmadı. Halbuki, 44 günlük Vətən müharibəsindən sonra molla rejiminin təmsilçiləri bar-bar bağırırdılar ki, bölgədə mövcud olan problemləri regiondan kənar dövlətlər yox, region ölkələri həll etməlidir. Bu gün Fransa-ABŞ cütlüyü Ermənistanda at oynadır. Bütün bunlara baxmayaraq, Tehran lal və kordur. Niyə? Ona görə ki, İran anlaşıb. Fikrimcə, bu məsələdə İran Ermənistan və Fransa ilə gizli formada anlaşıb. Bunu şərtləndirən kifayət qədər əsaslar var. Başlıcası, Fransa ilə İran arasında hər zaman xüsusi yaxın və gizli əlaqələr olub. Həmin əlaqələr bu gün də davam edir. Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahlar İran ərazisindən Ermənistana ötürülür. Bütün bunların qarşılığında Fransa bir sıra məsələlərdə İrana iqtisadi yardım edir. Xüsusən də İranın mülki aviasiyasının ayaqda qalmasına Fransa yardım edir. Məsələ ondadır ki, ABŞ-ın sanksiyaları üzündən İranda bu sahədə ciddi problemlər var. Digər tərəfdən, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistanın İranla yüksək səviyyədə anlaşması var. Nəzərə alsaq ki, İran hər zaman müxtəlif formalarda Ermənistanı himayə edib, deməli, Brüssel görüşü Tehranla razılaşdırılıb. Görünür, Paris pərdəarxası nələrisə İrana vəd edib. Ona görə molla rejimi özünü arxayın aparır”.

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …