Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Fransa deputatlarının İrəvana səfəri nəyisə dəyişməyəcək”

Təbriz Musayev: “Fransa deputatlarının İrəvana səfəri nəyisə dəyişməyəcək”

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ardınca indi də Fransa parlamentinin bir qrup deputatı İrəvana səfər edib. Səfər çərçivəsində Fransadan olan parlamentarilər baş nazir Nikol Paşinyanla və digər erməni rəsmilərlə görüşüblər.

Nensi Pelosi kimi, fransalı deputatlar da səfər zamanı Ermənistana dəstək ifadə ediblər. Bununla kifayətlənməyən fransız deputatlar həmçinin Azərbaycanı hədələyiblər. Bəyan ediblər ki, son hadisələrə görə Azərbaycan günahkardır. Guya məhz Azərbaycanın təqsiri üzündən sərhəddə toqquşmalar baş verib. Fransalı deputatlar erməni rəsmilərinin könlü xoş olsun deyə bəyan ediblər ki, Azərbaycan cəzalandırılmalıdır. Deputat qrupuna Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri, qatı ermənipərəst Jülber Devinaz başçılıq edir.

Belə görünür ki, Fransadan olan deputatlar da Pelosinin yolu ilə gedirlər. Üstəlik, Paşinyanın Yelisey sarayında Makronla görüşündən sonra ruhlanıblar.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Pelosi və digər ermənipərəst konqresmenlər İrəvana səfər etməklə praktiki olaraq nəyəsə nail ola bilmədilər: “Zatən, onların ermənipərəst olmağı bəlli idi. Onlar gəlib bir qədər boş yerə erməniləri ruhlandırdılar. Bir ara dedilər ki, konqresmenlərin səfəri ABŞ-ın Ermənistana silah satmasına gətirib çıxaracaq. Ancaq çox keçmədi ki, ABŞ tərəfi Ermənistana silah verməyəcəyini bəyan etdi. Bunu onunla əlaqələndirdilər ki, ABŞ Ermənistana silah versə, bu, Rusiyanın əlinə keçəcək. O baxımdan Fransa deputatlarının da İrəvana səfəri nəyisə dəyişməyəcək. 2020-ci ilin dekabrında Fransa Senatı Qarabağdakı separatçıların “müstəqilliyini” tanıdı. Bu nəyi dəyişdi? Heç nəyi. Fransa Xarici İşlər Nazirliyi bəyan etdi ki, Senatın qərarı Parisin rəsmi mövqeyi deyil. Onsuz da Fransa əzəldən ermənilərə himayədarlıq edib. Ancaq bu da bir yerə qədər. Yəni Fransanın Qarabağ məsələsində Azərbaycana praktiki təzyiq edə biləcək imkanı yoxdu. Vətən müharibəsində prezident Emmanuel Makron dəridən-qabıqdan çıxsa da şanlı ordumuzun irəliləməsini dayandıra bilmədi. Hətta 2020-ci il noyabrın əvvəllərində Fransanın təşəbbüsü ilə Qarabağla bağlı məsələ BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarıldı. Ancaq yenə də öz istəklərinə çata bilmədilər. Qapalı müzakirələrdə Böyük Britaniya Azərbaycana qarşı istənilən qərara veto qoyacağını bəyan etdi. Digər tərəfdən, həmin vaxt Qoşulmama Hərəkatının üzvi olan bir sıra ölkələr Azərbaycana dəstək verdilər. Onlar qeyri-daimi üzv olduqları üçün buna imkan vermədilər”.

Bir sözlə, İAT sədri hesab edir ki, Fransa deputatlarının hədyanları içi boş gəvəzəlikdən başqa bir şey deyil.

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …