Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənistan uğrunda geosiyasi mübarizə daha da kəskinləşir”

Təbriz Musayev: “Ermənistan uğrunda geosiyasi mübarizə daha da kəskinləşir”

Biz Ermənistandakı situasiyanın ağırlığını başa düşürük, asan deyil, ancaq Rusiyanın rolu ilə bağlı spekulyasiya etmək düzgün deyil. u sözləri Rusiya XİN başçısı Sergey Lavrov Ermənistanda səslənən ittihamlara cavab olaraq deyib.

Lavrovun fikrincə, səslənən ittihamların əsası yoxdur: “Azərbaycanda da onları dayandırdığımıza görə narazılıq var, Ermənistanda isə, parlament spikeri də daxil olmaqla, Rusiyanı Qarabağı satmaqda ittiham edirlər. Biz Ermənistana sorğu vermişik ki, bütün bunlar nə deməkdir. Başa düşürük, Ermənistanda situasiya çox ağırdır, heç də asan deyil, ancaq Rusiyanın rolu barədə spekulyasiya doğru deyil. Ona görə də həmsədrlər humanitar təşkilatların, UNESKO-nun gəlişinə istiqamətlənməlidirlər ki, mədəni sərvətlər onların nəzarətinə keçsin. Elə şeylər var ki, ola bilsin, küçə mitinqlərində alqışlara səbəb olmur, qəzetlərin manşetinə daşınmır, TV-lərin baş xəbərinə çevrilmir, ancaq insanları sakitləşdirir, öz evində qonşu icmalarla normal yaşamasına səbəb olur”.

Qeyd edək ki, bu günlərdə erməni spiker Alen Simonyanın səs yazısı yayılmışdı. O, “erməni cəmiyyətində olan təsəvvürlərə görə” Qarabağı Rusiyanın satması barədə bunları demişdi: “Əgər Ermənistanda kimsə nəyisə satmaq istəsəydi, bir çox variantlar vardı, o cümlədən “Lavrov planı” da”.

Bu sözlərlə Simonyan dolayısı ilə “Lavrov planı”nın Qarabağı satmaq olduğuna diqqət çəkmişdi. Bütün bunlar Rusiyada həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə etirazla qarşılandı. Lavrovun da bu məsələyə bu cür reaksiya verməsi ondan xəbər verir ki, Kremlin Paşinyan hakimiyyətinə olan hirsi soyumayıb.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Lavrovun məlum açıqlaması məsələnin görünən tərəfidir: “Məsələnin görünməyən tərəfi bundan da kəskindir. İş ondadır ki, Alen Simonyan ranqında olan bir şəxsin belə bir ittihamla çıxış etməsi və gündəm yaratması əsla təsadüf deyil. Rusiya rəsmiləri yetərincə bunun fərqindədir. Onlar yaxşı bilir ki, Nikol Paşinyan başda olmaqla, onun komandası zorən Rusiya ilə əməkdaşlıq edir. Mövcud hakimiyyət Qərbin, əsasən də Fransanın maraqlarına oynayır. Bu günlərdə A.Simonyanın Fransada necə təmtəraqla qarşılandığını Rusiya rəsmiləri də gördü. Bütün bunlar o deməkdir ki, Ermənistan uğrunda Qərblə Rusiya arasında geosiyasi mübarizə səngimir. Əksinə, daha da kəskinləşir. Bu bir daha Paşinyan hakimiyyətinin əsl istəyini, niyyətini ortaya qoyur. Ermənistan hakimiyyəti öz gələcəyini Qərbdə görür. Çox güman ki, bu cür atmaca məzmunlu siyasi yanaşmaların davamı gələcək. Bir başqa erməni rəsmisi bir başqa məsələyə görə Rusiyanı dolayı ittiham edəcək. Beləcə, geosiyasi mübarizə davam edəcək”.

İAT sədri onu da qeyd etdi ki, Rusiya ətrafında halqa daraldıqca, İrəvanda Moskvadan uzaqlaşmaq meylləri artacaq.

Həmçinin oxuyun

İki partiya birləşdi, Ramil Hüseynov yenidən sədr seçildi

Azərbaycanda iki partiya birləşdi. Belə ki, 22 yanvar 2022 il tarixində Dirçəliş və Tərəqqi Partiyasının …